Müsahibə

“Əqrəb mövsümü”nün rejissoru 18+ səhnəsi haqda: “Hələ harasıdır…” – MÜSAHİBƏ

“Məni hisslərim idarə edir. Hiss gəlir və ona uyğun hərəkət edirəm, alınır. Biz özümüzü aldatmaqla deyil. Əgər gözümdə eynək olmasaydı, indi burda sizə müsahibə verə bilməzdim”. Bu sözləri Teleqraf.com-a müsahibəsi zamanı “Əqrəb mövsümü”, “Körpü” bədii seriallarının, “Pərdə” trilogiyasının rejissoru Emil Quliyev deyib. Onunla müsahibəni təqdim edirik. – Emil bəy, əvvəlcə bir məsələyə münasibət bildirməyinizi istərdik. […]

Siyasət

İƏT Xarici İşlər Nazirləri Şurası Azərbaycanın irəli sürdüyü qətnamələri qəbul etdi

16-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Sessiyada Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sessiya çərçivəsində çıxış edən F.Rzayev Türkiyə və Suriya ərazisində baş […]

Cəmiyyət

Dörd ünsür, dörd bayram çərşənbəsi

Novruz bayramı yazın gəlişindən xəbər verən qədim xalq bayramıdır. Bu bayramın tarixi mənbələrdə ulu zərdüşt dinindən gəldiyi qeyd olunur. Eyni zamanda bu bayram Hicri-şəmsi və Bəhai dininin təqvimində də yeni ilin ilk günü kimi qeyd olunur. Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu […]

Kriminal

Şəkidə narkotik satan şəxslər tutuldular – FOTO/VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı Şəki şəhər sakinləri, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Sadiq Sadıqov və Məmmədseyid Ağababayev saxlanılıb. […]

Cəmiyyət

Bu gündən Şuşaya turist səfərləri başlayır

Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır. Oxu.Az xəbər verir ki, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərində iştirak edə bilər. İlk turist səfərləri həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. 2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa […]

Cəmiyyət

Vladimir Putin həbs edilə bilər – Xəbərlərin 09:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Qərbi Azərbaycan” ifadəsi Ermənistanı qorxudur”. Xarici İşlər Nazirliyi rəsmi İrəvanın növbəti riyakar iddiasına cavab verdi.  Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti ilə bağlı qərarı açıqladı. Vladimir Putin həbs edilə bilər.  Türkiyədən daha bir yenilik. Milli Döyüş Təyyarəsi uçuş-enmə zolağına çıxdı. Daha ətraflı BAKU NEWS-un 09:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər – FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 97 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident […]

Dünya

NATO-nun Gürcüstandakı əlaqələndiriciləri məlum oldu

2023-cü ildə Böyük Britaniya səfirliyi Rumıniya səfirliyi ilə birlikdə Gürcüstanda NATO-nun əlaqələndiriciləri kimi fəaliyyət göstərəcək. Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli gürcü həmkarı İlya Darçiaşvili ilə görüşdən sonra Tbilisidə keçirdiyi brifinqdə bildirib. O vurğulayıb ki, NATO Gürcüstan üçün xüsusi paket hazırlayıb. Kleverli əlavə edib ki, tərəflər arasındakı əməkdaşlıq sırf hərbi sahədən kənara çıxaraq kibertəhlükəsizlik […]

Dünya

İraqlı diplomat Rusiyada qarət edildi

Moskvanın Vnukovo hava limanında oğrular İraqın Rusiyadakı səfirliyinin üçüncü katibi işləyən 51 yaşlı qadının nağd pulunu, bank kartlarını və rəsmi vəsiqəsini oğurlayıblar. Diplomat bir ilə yaxındır ki Moskvada işləyir və qohumlarını ziyarətə dəvət etmək qərarına gəlib. Onlar Rusiyaya gələndə qadın yaxınları ilə birlikdə sim kartlar almaq üçün rabitə salonuna gedib. İlkin məlumatlara görə, diplomat məhz […]

Dünya

Hindistan rusiyalıların ölkədə qalma müddətini məhdudlaşdırıb

Hindistan elektron turist vizaları üzrə rusiyalıların ölkədə qalma qaydalarını yeniləyib. İndi Rusiya Federasiyasının vətəndaşları bir təqvim ili ərzində ümumilikdə 180 gündən çox olmayaraq ölkədə qala bilərlər. Bu barədə martın 17-də Rusiyanın Yeni Dehlidəki səfirliyi məlumat yayıb. Eyni zamanda, fasiləsiz qalmanın maksimum müddəti 90 gün olmaqla əvvəlki kimi saxlanılıb. “Bu dəyişikliklər artıq verilmiş elektron vizalara aiddir. […]