Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 54 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 829 217 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 756 nəfər müalicə olunaraq sağalıb, 10 […]
Day: Mart 29, 2023
Kriştianu Ronaldu cərimə zərbəsindən möhtəşəm qol vurdu – VİDEO
Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında növbəti qolunu vurub. Xeberal.az xəbər verir ki, “Əl-Nəsr”in formasını geyinən portuqaliyalı ulduz “Abha”ya qarşı XXI tur matçında fərqlənib. O, 79-cu dəqiqədə cərimə zərbəsindən möhtəşəm qol vurub. Görüş “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Əl-Nəsr” 49 xalla 2-cidir. Komanda lider “Əl-İttihad”dan 1 xal geri qalır. Xeberal.az
“Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu – VİDEO
Almaniya Bundesliqasında XXV turun oyunları keçirilir. Xeberal.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Borussiya” “Köln”lə üz-üzə gəlib. Görüş dortmundluların qələbəsi ilə başa çatıb – 6:1. Sebastyan Alle və Marko Roysun dubl etdiyi matçda “Borussiya”nın digər qollarını Donyel Malen və Rafael Qerreyru vurub. “Köln”ün təsəlli qoluna Deyvi Selke imza atıb. Qələbə sayəsində xallarını 53-ə çatdıran […]
Sankt-Peterburqda sürücü mikroavtobusu insanların üzərinə sürdü – VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində sürücü mikroavtobusu piyadaların üzərinə sürüb. Aralarında uşaqların olduğu insanlar piyada zolağını keçmək üçün dayanıblarmış. Qəza nəticəsində yaralanan üç böyük və üç uşaq xəstəxanaya çatdırılıb. İki uşağın vəziyyəti orta-ağır, bir böyük və 2013-cü il təvəllüdlü bir qızın vəziyyəti ağırdır. İstintaq davam edir. Mikroavtobusun sürücüsü saxlanılıb. Onun barəsində yol hərəkəti qaydalarını pozduğuna görə cinayət iş başladılıb. Mənbə: “Mash” […]
Sabahkı hava meteohəssas insanlar üçün əlverişli olacaq
Martın 19-da müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Xeberal.az
İlham Əliyevin Talış kənd sakinləri ilə görüşündə səmimi anlar yaşanıb – VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Arzu Əliyeva səfər çərçivəsində kənd sakinləri ilə görüşüb söhbət ediblər. Söhbət səmimi anlarla yadda qalıb: Prezident İlham Əliyev: Qarşıdan gələn bayram münasibətilə və Talış kəndinə qayıtmağınız münasibətilə […]
İranın molla rejimi səyyar satıcıların bir tikə çörəyinə göz dikib – VİDEO
Güney Azərbaycanın Zəngan şəhərində molla rejimi səyyar satıcılara ailələrini dolandırmalarına hər vəchlə mane olur. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir. Bildirilir ki, Güney Azərbaycanın Zəngan şəhərində molla rejimin qaniçən məmurları bayramqabağı ailələrinə bir tikə çörək qazanmaq istəyən səyyar satıcılara qan uddurur. Satıcıların əllərində icazə vərəqi olsa da, məmurlar onların mallarını müsadirə edir. […]
Bakıda silahlılara qarşı xüsusi əməliyyat keçirildi – Xəbərlərin 23:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. “Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etmək yox, dondurmaq üçün səylər göstərirdi”. Prezident İlham Əliyev xalqa müraciət etdi. “Taxıl sazişi”nin müddəti daha 4 ay uzadıldı. Rəcəb Tayyib Ərdoğan açıqlama yaydı. Bakıda avtomatlı şəxslər tutuldu. Paytaxtda silahlılara qarşı xüsusi əməliyyat keçirildi. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az
Ağstafada çövkən oyunu keçirilib – VİDEO
Ağstafada Novruz bayramı öncəsi çövkən oyunu keçirilib. Baku TV Azərbaycanın bu qədim oyun ənənəsindən çəkiliş aparıb. Görüntülər “Sözsüz” rubrikasında yer alıb. Qeyd edək ki, çövkən oyunu 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib. Daha ətraflı sujetdə: Xeberal.az
“Ayaks”ın futbolçusu milli seçimini etdi: Niderland, yoxsa Türkiyə?
İcarə əsasında “Trabzonspor”da çıxış edən “Ayaks”ın futbolçusu Naci Ünüvar milli komanda seçimini edib. 19 yaşlı yarımmüdafiəçi Türkiyə yığmasının formasını geyinəcəyini açıqlayıb. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Naci Ünüvar buna qədər Niderlandın aşağı yaş millilərində çıxış edib. Xeberal.az