Dünya

Rusiyada istilik elektrik stansiyasında yanğın olub – FOTO/VİDEO

Udmurtiyada (Rusiya) istilik elektrik stansiyasında yanğın baş verib. Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb. Hadisə şahidlərinin sözlərinə görə partlayışabənzər səslər eşidiblər, bəzi ərazilərdə işıq verilişinin kəsilməsi baş verib. Hazırda yanğın lokallaşdırılıb. Hadisənin səbəbləri araşdırılır. Xeberal.az

İdman

Avstriya millisinin Azərbaycanla oyun üçün heyəti: “Real Madrid”in də ulduzu var – SİYAHI

Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Avstriya Futbol Federasiyasının yaydığı məlumata görə, baş məşqçi Ralf Ranqnik 25 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 5-i isə hücumçudur. Siyahıda Madrid “Real”ının zədəli futbolçusu David Alaba da yer alıb. Qapıçılar: Niklas Hedl (“Rapid”, Vyana), Haynts […]

Siyasət

Prezident: “Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək”

“Azərbaycanın çox geniş bərpa olunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 giqavata bərabərdir”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib. Artıq bir neçə kontraktın imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib: “Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz […]

Cəmiyyət

Kürün suyunun azalmasının səbəbi açıqlanıb

Kür çayının suyunun bir hissəsinin su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artması Azərbaycan ərazisində suyun azalmasına təsir edən amillərdəndir. APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev deyib. Onun sözlərinə görə, Kür çayı ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanılır: “Əks halda yay aylarında əkin sahələrinin suvarılmasında […]

İdman

Azərbaycan şahmatçısı Dünya Kubokuna vəsiqə qazandı

Serbiyanın Vrnyaçka Banya şəhərində şahmat üzrə kişilər arasında şəxsi Avropa çempionatı keçirilib. Azərbaycan Şahmat Federasiyasının yaydığı məlumata görə, təmsilçilərimizdən Nicat Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub. Bu nəticə ilə N.Abasov Dünya Kubokuna vəsiqə əldə edib. Digər təmsilçimiz Əhməd Xaqan reytinqini artıraraq FIDE ustası titulunun normativini yerinə yetirib. Xeberal.az

Kriminal

“Instagram” istifadəçilərinin pullarını ələ keçirən şəxs saxlanılıb – VİDEO

“Instagram” sosial şəbəkəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ keçirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı axtarışda olan Firuddin Həsənov tutulub. Onun “Instagram”da açıq səhifələrə daxil olaraq həmin şəxsin dostluğunda olanlarla əlaqə yaratdığı, daha sonra özünü […]

Dünya

Messi ərəblərdən illik 600 milyon avro istəyir

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Lionel Messi gələcəyi ilə bağlı hələ yekun qərar verməyib. Argentinalı dünya çempionuna Səudiyyə Ərəbistanından böyük maraq var. “Əl-Nəsr”in Kriştianu Ronaldunu transfer etməsinə cavab olaraq “Əl-Hilal” da Messini heyətinə qatmaq istəyir. Klub 35 yaşlı oyunçuya illik 300 milyon avro ödəməyə hazırdır. Ancaq futbolçu daha çoxunu tələb edir. İddiaya görə, […]

Kriminal

Bakıda 70 yaşlı müəllimənin faciəli ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Baş Prokurorluq Suraxanı rayonu, Hövsan qəsəbəsində 70 yaşlı qadının özünü çoxmərtəbəli binadan ataraq intihar etdiyi iddia olunan hadisəyə münasibət bildirib.  Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır. Bildirilib ki, hadisə baş verən zaman zərərçəkmişin yaşadığı mənzildə heç kim olmayıb: “Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən mənzilin qapısı açıldıqdan sonra […]

İqtisadiyyat

Azərbaycanda adambaşına düşən suyun miqdarı niyə azdır?

“Hazırda Azərbaycan çaylarının sululuğunun 15-20%-ə qədər azalması müşahidə olunur”. “Report” xəbər verir ki, bunu su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib. Onun sözlərinə görə, son 30-40 il ərzində temperaturun yüksəlməsi qeydə alınır və bu da çaylarda sululuğun azalmasına gətirib çıxarır. R.Abbasov bildirib ki, Azərbaycan təbii baxımdan quraq ölkə olduğuna görə adambaşına düşən suyun miqdarı da […]

İdman

Xəyalı reallaşan veteran: “Qarabağ” – “Qalatasaray” oyununda qardaşlığa azarkeşlik edəcəyəm” – VİDEO

Martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Qalatasaray” xeyriyyə oyununda üz-üzə gələcəklər. Belə bir qarşılaşmanın baş tutması 44 günlük Vətən Müharibəsi iştirakçısı Murad Hüseynovun arzusunun da reallaşması anlamına gələcək. O, müharibə dövründə Türkiyənin “A Haber” telekanalına müsahibəsində ən böyük xəyalının Xankəndidə “Qarabağ”la “Qalatasaray” arasında matçın keçirilməsi olduğunu söyləyib. Vətən müharibəsi iştirakçısı ilə əlaqə saxlayıb, martın 26-da […]