Dünya

“Barselona” ilk yay transferini indidən reallaşdırdı

“Barselona” ilk yay transferini böyük ölçüdə reallaşdırıb. Kataloniya klubu mövsümün sonunda “Atletik”lə müqavilə müddəti başa çatacaq İniqo Martineslə anlaşıb. Tərəflər arasında son günlər aparılan danışıqlardan sonra maaş və müqavilə müddəti mövzusunda razılıq əldə olunub. Bununla belə, futbolçunun nümayəndələri klubun adının hallandığı korrupsiya qalmaqalından təmiz çıxmasını və cəza almamasını gözləyir. Xatırladaq ki, “Barselona” İspaniya Kral Futbol […]

Cəmiyyət

“Tərtər işi” məhkəməsi: “Eyni əməllər Qazax, Şəmkir, Ağcabədi və Beyləqanda da törədilib”

Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında “Tərtər işi”ndə təqsirləndirilən 4 nəfər yüksək rütbəli hərbçi – Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. “Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Vüsal Ələsgərov Tərtərdə N saylı […]

Siyasət

İlham Əliyev: “Azərbaycan Brüssel sülh gündəliyini dəstəkləyir”

“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyasını, Brüssel sülh gündəliyini dəstəkləyir. Məhz bu əsnada aparılan görüşlərdə, qəbul edilən bəyanatlarda sülh müqaviləsinin və sülh gündəliyi platforması müəyyən olunub”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə bildirib. Dövlətimizin başçısı qeyd […]

Dünya

“Bavariya”nın qapıçısı xilaskarı üçün bir maşın şokolad aldı – FOTO

“Bavariya”nın qapıçısı Yan Zommer Münhen klubunun müdafiəçisi Mateys de Liqtə verdiyi sözə əməl edib. İsveçrəli qolkiper Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa PSJ-si ilə cavab oyununda (2:0) onu xilas etdiyi üçün niderlandlıya bir yük maşını İsveçrə şokoladı verəcəyini bildirmişdi. 700 kq şokolad olan yük maşını İsveçrədən Münhenə göndərilib. Ancaq bunu rəsmiləşdirmək mümkün olmadığından həmin şokoladlar […]

Cəmiyyət

Bakı-Ağstafa marşrutu üzrə sərnişin daşımaları üçün axşam reysi təyin edildi

Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 18 mart tarixində sayca 3-cü reys təyin edilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. “Belə ki, müvafiq tarixdə Bakı Dəmiryol Vağzalından saat 17:00-da yola düşən qatar mənzilbaşına saat 21:55-də çatacaq”, – məlumatda deyilir. Xatırladaq ki, martın 18-də səhər saat 08.25-də Ağstafaya […]

Cəmiyyət

Universitetin səhifəsindəki paylaşıma görə bir nəfər işdən çıxarıldı

“Martın 14-ü gecə saatlarında Lənkəran Dövlət Universitetinin rəsmi “Facebook” səhifəsində adminstrator Ənvər Şahqubadbəylinin səhlənkarlığı səbəbindən Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi ilə bağlı qərəzli, universitetin maraqlarını və həqiqəti əks etdirməyən, bu ali təhsil ocağının mənafeyinə uyğun olmayan yazı dərc edilib. Həmin yazıda, həmçinin universitetə ünvanlanmış, LDU-nun Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevin […]

Kriminal

Tonqal ətrafında qanlı dava: “Söyüşlə danışma, ana-bacımız var…” – TƏFƏRRÜAT

Şəmkir rayonunda 2002-ci il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Bəhruzu (adlar şərti verilib – red.) öldürməyə cəhd edib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 21 mart 2022-ci ildə baş verib. Elşən evin yaxınlığında Novruz bayramı tonqalı təşkil edən zaman eyni küçədə yaşayan Bəhruzun yüksək səslə nalayiq ifadələr işlətməsi səbəbindən onunla mübahisə […]

Şou-Biznes

Əməliyyat olunan Afaq Gəncəlinin SON DURUMU

Tanınmış aparıcı Afaq Gəncəli əməliyyat olunub. Sağlamlığında problem yaranan aparıcının əməliyyatı uğurla keçib.  Lent.az-ın əməkdaşı A.Gəncəli ilə əlaqə saxlamağa çalışıb. O, ətraflı danışa bilməyəcəyini bildirsə də, hazırda vəziyyətinin normal olduğunu deyib: "Heç kimə açıqlama verməyə halım yoxdur. Hər şey yaxşı keçdi. Özümü normal hiss edirəm". Xatırladaq ki, bundan əvvəl aparıcı Hacı Nuran Afaq Gəncəlinin ürəyində böyük […]

Cəmiyyət

Yaxın günlərdə milli su strategiyası ilə bağlı sənəd hökumətə təqdim olunacaq

“Azərbaycanda sudan inteqrasiyalı idarəetməni mərhələlər üzrə həyata keçirmək üçün milli su strategiyasının layihəsi hazırlanıb. Sənədin yaxın zamanlarda sona çatdırılaraq dövlət başçısına təqdim edilməsi nəzərdə tutulur”. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev “Ekspert saatı”nda deyib. Onun sözlərinə görə, qısa, orta və uzunillik planlaşma dövründə müasir, mütərəqqi idarəetmə prinsipinə əsaslanan su idarəsini təmin etmək hədəf […]