Dünya

“Bavariya”nın qapıçısı xilaskarı üçün bir maşın şokolad aldı – FOTO

Sharing is caring!


“Bavariya”nın qapıçısı Yan Zommer Münhen klubunun müdafiəçisi Mateys de Liqtə verdiyi sözə əməl edib.

İsveçrəli qolkiper Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa PSJ-si ilə cavab oyununda (2:0) onu xilas etdiyi üçün niderlandlıya bir yük maşını İsveçrə şokoladı verəcəyini bildirmişdi. 700 kq şokolad olan yük maşını İsveçrədən Münhenə göndərilib. Ancaq bunu rəsmiləşdirmək mümkün olmadığından həmin şokoladlar de Liqtə çatmayıb. Şokoladlar xeyriyyə təşkilatına təhvil verilib.

Sözügedən matçın ilk hissəsində Yan Zommerin kobud səhvindən sonra PSJ qol vurmağa yaxın olsa da, de Liqt topu boş qapıdan çıxarıb.

Mənbə: “Bayern & Germany”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir