İdman

Azərbaycan şahmatçısı Dünya Kubokuna vəsiqə qazandı

Sharing is caring!


Serbiyanın Vrnyaçka Banya şəhərində şahmat üzrə kişilər arasında şəxsi Avropa çempionatı keçirilib.

Azərbaycan Şahmat Federasiyasının yaydığı məlumata görə, təmsilçilərimizdən Nicat Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub. Bu nəticə ilə N.Abasov Dünya Kubokuna vəsiqə əldə edib.

Digər təmsilçimiz Əhməd Xaqan reytinqini artıraraq FIDE ustası titulunun normativini yerinə yetirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir