İdman

“Roma” öz meydanında uduzdu, “Yuventus” autsayderə qalib gəldi – VİDEO

İtaliya A Seriyasında XXVI turun oyunları keçirilir. Oxu.Az xəbər verir ki, “Roma” öz meydanında “Sassuolo”ya uduzub. 7 qolun vurulduğu matç paytaxt təmsilçisinin 3:4 hesablı qələbəsi məğlubiyyəti ilə başa çatıb. Qonaq komandanın heyətində Laurentienin dublu, Berardi və Pinamontinin qollarına “canavarlar”dan Zalevski, Dibala və Veynaldum cavab verə bilib. Məğlubiyyət “Roma”nın 47 xalla 5-ci pillədə qalması ilə nəticələnib. […]

İdman

Şakira Pike haqqında mahnı yazmasının səbəbini açıqladı

Məşhur kolumbiyalı müğənni Şakira keçmiş sevgilisi, ispaniyalı futbolçu Jerar Pike haqqında mahnı ifa etməsinin səbəbini açıqlayıb. “Bu mahnının gözəlliyi ondadır ki, o, bir çox qadının himninə çevrilib. Ayrıldıqdan sonra çox çətin bir il yaşadım. Bu mahnını yazmaq mənim üçün çox vacib idi, eyni şeyi yaşayan qadınlardan çoxlu dəstək hiss etdim”, – deyə müğənni bildirib. Qeyd […]

Dünya

Çexiyanın yeni prezidenti Ukraynaya səfər edəcək

Çexiyanın yeni seçilmiş Prezidenti Petr Pavel apreldə Ukraynaya səfər edəcək. O, bu barədə bu gün ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib. Xəbəri Çexiya Prezidentinin mətbuat katibi Marketa Rjexakova yayıb. Onun sözlərinə görə, Zelenski Pavellə danışıqların aparılmasını xahiş edib və görüşün inauqurasiyadan sonra mümkün qədər tez baş tutmasında maraqlıdır. Ukrayna dövlət başçısı Paveli […]

Cəmiyyət

Goranboyda ölümlə nəticələnən qəza olub

Goranboy rayonun Borsunlu kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq digər avtomobilə çırpılması nəticəsində iki nəfər ölüb. Qəza zamanı ağır xəsarət alan Ayxan İsgəndərov hadisə yerində, Rəşad Hüseynov isə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Rusiyada kişi iki məktəbli qızı 7 il zorlayıb

Perm diyarında iki qızı zorlayan rusiyalı ciddi rejimli koloniyada 15 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə bazar günü, martın 12-də Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Məhkəmənin müəyyən etdiyi kimi, həmin şəxs 7 il tanıdığı məktəbli qızlara təcavüz edib. Məhkum sərxoş halda cinayət törətməyə başlayarkən qurbanlarının yeddi yaşı olub. Onlardan biri baş verənləri […]

Dünya

İran Suriyanı narkotik istehsalı mərkəzinə çevirib: Üç milyon “cihad həbi” saxlanıldı – FOTO

İraq hakimiyyəti İraq-Suriya sərhədindəki əl-Qaim şəhərində üç milyon “Captagon” tableti daşıyan yük maşınını saxlayıb. Bu həb radikal islamçı yaraqlılar arasında populyarlığına görə “cihad həbi” kimi tanınan amfetamin tipli stimullaşdırıcıdır. Qeyd olunur ki, həblər soyuducu yük maşını ilə daşınan alma qutularında gizlədilib. Bildirilir ki, əl-Qaim “İran tərəfindən dəstəklənən İraq silahlılarının qalasıdır və bölgədəki yaraqlılar həm də […]

İdman

“Liverpul”un ulduzunun evi qarət olundu

“Liverpul”un və Misir milli komandasının hücumçusu Məhəmməd Salahın Qahirədəki evi qarət edilib. Məlumata görə, hadisə barədə futbolçunun qardaşı oğlu məlumat verib. O, evin yanından keçəndə pəncərələrin açıq olduğunu görüb. Ev bərbad vəziyyətdə olub. İlkin məlumata görə, içəridən bir neçə elektrik cihazı oğurlanıb. Bildirilir ki, polis araşdırma aparır, hüquq-mühafizə orqanlarının əməkdaşları şahidləri dindirir və müşahidə kameralarını […]

Dünya

Hindistan Rusiyaya qarşı sanksiyalara riayət dəcək

Hindistan hakimiyyəti Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyalarını, o cümlədən Rusiya Federasiyasından alınan neftin 60 dollarlıq qiymət tavanını pozmamaq qərarına gəlib. Hindistan hökumətinin rəsmiləri banklardan və treyderlərdən mövcud məhdudiyyətlərə əməl etməyi xahiş ediblər. Bildirilir ki, Hindistan nümayəndələri martın əvvəlində Dehlidə keçirilən G20 toplantısı çərçivəsində ABŞ və digər ölkələrdən olan həmkarları ilə sanksiyaları ətraflı müzakirə ediblər. Tərəflər danışıqların […]

Dünya

Bayden yeni prezident təyyarəsinin rəngini dəyişdi – FOTO

ABŞ Prezidenti Co Bayden 2027 və 2028-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrinə təhvil veriləcək “Boeing VC-25Bs” prezident təyyarələrinin rəng sxemini təsdiqləyib. Məlumata görə, ABŞ-nin əvvəlki prezidenti Donald Trampın administrasiyası tərəfindən bəyənilən qırmızı rəng nəqliyyat vasitəsinin rəng palitrasından çıxarılıb. Bildirilib ki, yeni təyyarənin rəngi hazırkı “Air Force One” olan VC-25A-nın rəng çalarlarına çox bənzəyəcək. Prezident Bayden […]

Dünya

Dünyanın ən böyük neft şirkəti rekord gəlir əldə etdi

Dünyanın ən böyük neft şirkəti “Saudi Aramco”nun 2022-ci ildə xalis mənfəəti rekord həddə – 161,1 milyard dollara çatıb. Bu barədə Səudiyyə şirkətinin mətbuat xidməti öz saytında məlumat yayıb. 2021-ci ildə “Saudi Aramco” 110 milyard dollar qazanıb. Bu isə o deməkdir ki, ötən il şirkət qazancını 46,5% artırıb. Bu nəticələr yüksək neft qiymətləri və satış həcmi […]