Dünya

Bayden yeni prezident təyyarəsinin rəngini dəyişdi – FOTO

Sharing is caring!

ABŞ Prezidenti Co Bayden 2027 və 2028-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrinə təhvil veriləcək “Boeing VC-25Bs” prezident təyyarələrinin rəng sxemini təsdiqləyib.

Məlumata görə, ABŞ-nin əvvəlki prezidenti Donald Trampın administrasiyası tərəfindən bəyənilən qırmızı rəng nəqliyyat vasitəsinin rəng palitrasından çıxarılıb.

Bildirilib ki, yeni təyyarənin rəngi hazırkı “Air Force One” olan VC-25A-nın rəng çalarlarına çox bənzəyəcək. Prezident Bayden daha təmkinli dizayna üstünlük verdiyi üçün keçmiş prezident Donald Trampın təklif etdiyi üçrəngli sxemi dəyişdirərək təsdiq edib.

Əvvəllər VC-25Bs-nin qırmızı, ağ və sürməyi rənglərə boyanması gözlənilirdisə, indi yeni təyyarələrin mavi, qızılı və ağ rənglərlə bəzədiləcəyi vurğulanır.

Yeni təyyarə təkmilləşdirilmiş enerji təchizatı sistemi, yeni rabitə sistemi, tibb otağı, yeni interyer, hava hücumundan müdafiə sistemi və avtonom idarəetmə imkanları əldə edəcək.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir