Cəmiyyət

Bakıda məktəbdə tüstülənmə zamanı xəsarət alan olmayıb – YENİLƏNİB

Sharing is caring!


Bu gün 242 nömrəli tam orta məktəbdə tüstülənmə zamanı xəsarət alan olmayıb.

Məktəbdən “Report”a bildirilib ki, məktəbin xidməti hissəsindəki elektrik qutusunda kiçik qısaqapanma nəticəsində tüstülənmə baş verib:

“Məktəbin əməkdaşları önləyici müdaxilə edib, xəsarət alan yoxdur”.

13:02

Bakıda məktəbdə tüstülənmə olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə bu gün paytaxtın Nizami rayonu ərazisində yerləşən 242 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, təhsil ocağının inzibati binasında anidən tüstülənmə başlayıb. Daha sonra məktəb əməkdaşları tüstülənmənin qarşısını alıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir