İdman

“Roma” öz meydanında uduzdu, “Yuventus” autsayderə qalib gəldi – VİDEO

Sharing is caring!

İtaliya A Seriyasında XXVI turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, “Roma” öz meydanında “Sassuolo”ya uduzub. 7 qolun vurulduğu matç paytaxt təmsilçisinin 3:4 hesablı qələbəsi məğlubiyyəti ilə başa çatıb. Qonaq komandanın heyətində Laurentienin dublu, Berardi və Pinamontinin qollarına “canavarlar”dan Zalevski, Dibala və Veynaldum cavab verə bilib.

Məğlubiyyət “Roma”nın 47 xalla 5-ci pillədə qalması ilə nəticələnib. “Sassuolo” isə 33 xalla 13-cüdür.

“Yuventus” öz meydanında “Sampdoriya” ilə qarşılaşıb. Turin klubu ev oyununda qələbə əldə edib – 4:2. Oyuna sürətli başlayan “qoca sinyora” 11-ci dəqiqədə Gleyson Bremer, 26-cı dəqiqədə Adrien Rabyonun qolları ilə 2 topluq üstünlük əldə etsə də, 31 və 32-ci dəqiqədə buraxılan qollarla bunu əldən verib. Ancaq 64-cü dəqiqədə yenidən Rabyo səhnəyə çıxıb və komandasını hesabda önə keçirib. Oyunda son nöqtəni isə 90+4-cü dəqiqədə Matias Zule qoyub.

Xalını 38-ə çatdıran “Yuventus” iki pillə irəliləyərək 7-ci sıraya yüksəlib. Maliyyə maxinasiyalarına görə turinlilərin aktivindən 15 xal silinib. “Sampdoriya” isə 12 xalla sonuncu – 20-cidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir