MARAQLI

Mask ABŞ-də özünə şəhər tikəcək – FOTO

Amerikalı milyarder “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask Texas ştatının Ostin şəhəri yaxınlığında yeni alınan torpaqda öz şəhərini qurmağı planlaşdırır. Qeyd olunur ki, sahibkar, həmçinin şirkətlərin əməkdaşları ideyanı Kolorado çayı boyunca Texas utopiyası kimi qiymətləndiriblər. Mənbələr bildiriblər ki, işçilərin işləyib yaşaya biləcəyi şəhər Texasda tikilməkdə olan “SpaceX” və “Boring” şirkətinin müəssisələrinin yaxınlığındadır. Sahibkarın aldığı torpaq […]

Dünya

Stresdən azad olmaq üçün spirtli içki butulkalarını sındırdı – VİDEO

Rusiyanın Novosibirsk şəhərinin sakini marketə daxil olaraq alkoqol içkilərinin satıldığı bölməyə yaxınlaşıb 25 ədəd spirtli içki butulkasını yerə ataraq sındırıb. Hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Qadın polislər tərəfindən saxlanılıb. O, ilkin ifadəsində bu addımı stresdən azad olmaq üçün etdiyini bildirib. Araşdırma davam etdirilir. Mənbə: Baza Xeberal.az

Dünya

Türkiyədə zəlzələdən sonra təpə çökdü: Arxasındakı kənd görünməyə başladı – FOTO/VİDEO

Türkiyənin Adıyaman şəhərinin Tut rayonunda baş verən zəlzələlərdən sonra iki qonşu kənd arasındakı təpə çöküb. Nəticədə əvvəllər qarşılarında təpə olan Öğütlü və Boydərə kəndləri artıq bir-birini görə bilir. Kənd sakinlərinin sözlərinə görə, buna səbəb iki kənd arasındakı təpənin zəlzələ nəticəsində çökməsidir. Mənbə: Haber Global Xeberal.az

Dünya

İran və Səudiyyə Ərəbistanı barışdı: Səfirliklər işini bərpa edir, sənəd imzalanıb

İran və Səudiyyə Ərəbistanı iki ölkə arasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər. Məlumatı İran hakimiyyətinin nəzarəti altında olan informasiya resursları yayıb. Məlumatda qeyd olunub ki, iki ay ərzində hər iki ölkənin paytaxtında diplomatik nümayəndəliklərin fəaliyyəti öz işini bərpa edəcək. Maraqlı digər məqam isə ondan ibarətdir ki, bir neçə gündür İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani və […]

Dünya

“WhatsApp” Britaniya hökumətini hədələdi

Böyük Britaniyada internet təhlükəsizliyi ilə bağlı yeni qanundan sonra “WhatsApp” mesencerinin bu ölkədə fəaliyyəti dayandırıla bilər. Yeni qanunla “WhatsApp” moderasiya siyasətini həyata keçirməyə məcbur edilə bilər. Buna əsasən, istifadəçilərin yazışmalarını qoruyan “başdan-sona” (“end-to-end”) şifrələmə xidmətini həyata keçirmək mümkün deyil. Qanuna riayət edilməyəcəyi təqdirdə mesencer cərimə olunacaq. “WhatsApp”ın rəhbəri Uill Ketkart qanunu sərt tənqid edib və […]

Cəmiyyət

İsmayıllı sakini Qəbələdə intihar etdi

Qəbələnin Vəndam qəsəbəsində İsmayıllı rayon sakini özünə qəsd edib. APA xəbər verir ki, gece saatlarında 1993-cü il təvəllüdlü Ağayev Faiq Telman oğlu kirayə verdiyi evlərin birində özünü asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Hazırda Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları ərazidədir. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, intihar edən şəxs İsmayıllı Rayon Yanğından […]

Siyasət

İdarələrarası Mərkəzin İşçi Qrupu Ağalıda infrastruktur layihələri ilə tanış olub – FOTO

İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun üzvləri Zəngilanın Ağalı kəndində mövcud infrastruktur layihələri ilə tanış olub. Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev tviter hesabında yazıb. O, xatırladıb ki, İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun budəfəki iclası Ağalıda keçirilib. […]

Cəmiyyət

İrandan sürücülərimizə qadağa: Sərhəddə pul tələb edilir? – VİDEO

İran sürücülərimizə qadağa tətbiq edib. Sürücülərin sözlərinə görə, “setka” adlanan əraziyə daxil olmaları üçün 50-60 manat pul tələb edilir: “Doqquz gündür buradayıq. Rusiya, Özbəkistan, Türkmənistan və digər ölkələrin maşınları sözügedən ərazidən rahat keçirlər. Azərbaycandan İrana gün ərzinə 1-2 maşının keçməsinə icazə verilir”, – deyə sürücülər bildirib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Cəmiyyət

Azərbaycanda piyadanı vurub özünü asan biznesmenin yaxınları danışdılar – VİDEO

Azərbaycanda piyadanı vurub, daha sonra intihar edən şəxsin yaxınları danışıblar. Quba rayonunun İspik kənd sakini Röyal kimi yanınan 35 yaşlı İntiqam Əlimuradovun meyiti Qəçrəş yaxınlığında, meşəlik sahədə tapılıb. Məlumata görə, İntiqam Əlimuradovla Rövşən Ağayev arasında mübahisə düşüb. Mərhumun qardaşının sözlərinə görə, komandir Rövşən adı ilə tanınan şəxslə restoranda dava düşüb: “Eşitdiyimə görə dörd nəfər olublar. […]

Siyasət

Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum zamanı İran polisi cinayətkarla əlbir olub? – VİDEO

Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumun yeni detalları məlum olub. Oxu.Az-ın məlumatına görə, hadisənin baş verdiyi ərazidən olan yeni görüntülər sosial şəbəkələrdə yayımlanıb. Görüntülərdə hücum edən terrorçunun gülləsi bitdikdən sonra İran polisinə avtomatı gəlib götürmələri ilə bağlı göstəriş verdiyi anlar əks olunub. Həmin görüntüləri təqdim edirik:   Xeberal.az