Cəmiyyət

Azərbaycanda piyadanı vurub özünü asan biznesmenin yaxınları danışdılar – VİDEO

Sharing is caring!

Azərbaycanda piyadanı vurub, daha sonra intihar edən şəxsin yaxınları danışıblar.

Quba rayonunun İspik kənd sakini Röyal kimi yanınan 35 yaşlı İntiqam Əlimuradovun meyiti Qəçrəş yaxınlığında, meşəlik sahədə tapılıb.

Məlumata görə, İntiqam Əlimuradovla Rövşən Ağayev arasında mübahisə düşüb.

Mərhumun qardaşının sözlərinə görə, komandir Rövşən adı ilə tanınan şəxslə restoranda dava düşüb:

“Eşitdiyimə görə dörd nəfər olublar. Bilmirəm həmin şəxs maşını üstünə özünü atıb, yoxsa onu maşın vurub. Daha sonra İntiqam qaçıb gizlənib”.

Qeyd edək ki, martın 6-sı saat 16 radələrində İ.Əlimuradov Quba şəhərində avtomobil qəzası törədib. Belə ki, həmin vaxt o, idarə etdiyi “Niva” markalı 40-BB-011 dövlət qeydiyyat nişanlı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Rövşən İslam oğlu Ağayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bundan sonra İ.Əlimuradov hadisə yerindən uzaqlaşıb və polisə izahat verməyib. İ.Əlimuradovun Qəçrəşdə yerləşən restoranlardan birinin rəhbəri olduğu bildirilir.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir