Dünya

ABŞ-da kişi Sezarın geyimində məktəbə gəlib

Nyu-Hempşirdə iki uşaq atası Roma imperatoru qiyafəsində məktəb şurasının iclasına gələrək qadın olduğunu iddia edib. O, amerikalı məktəb müəllimlərinin gender siyasətinə etiraz edib. Maykl Qulyelmo özünü imperator və qadın adlandırıb. O, buna inanmağın gülünc olduğunu bildirib. Kişi dərsə qadın geyimində gələn məktəb direktoru və rəsm müəllimlərinin işdən çıxarılmasını istəyib. “Sizin vəzifəniz uşaqların mənafeyinə uyğun hərəkət […]

Dünya

İqlim fəalları Haaqada magistral yolu bağladılar

“Extinction Rebellion” hərəkatının fəalları Haaqada A12 avtomobil yolunu bağlayıblar. Məlumata görə, fəallar Niderland hakimiyyətinin mədən işlərinə subsidiyalar ayırmasına etiraz edirlər. Hərəkat aksiyada 3 minə yaxın insanın iştirak etdiyini bildirib, polis isə iştirakçıların konkret sayını açıqlamayıb. Qeyd edək ki, bundan əvvəl polis belə bir aksiyanın qanunsuz olduğu barədə xəbərdarlıq etmiş və “Extinction Rebellion”dan tədbirin şəhərin başqa […]

Dünya

İran Rusiyadan Su-35 qırıcıları aldığını elan etdi

İranın BMT-dəki nümayəndəliyi ölkənin Rusiyadan Su-35 qırıcıları aldığını açıqlayıb. Məlumata görə, İran artıq Rusiyada təyyarələrin alınmasına dair müqavilənin imzalanmasını başa çatdırıb. Qeyd olunub ki, son bir ildə İran Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrini xeyli genişləndirib. Öz növbəsində ABŞ dəfələrlə İran və Rusiya arasında hərbi əməkdaşlığın genişlənməsindən narahatlığını bildirib. Xatırladaq ki, dekabrın […]

Dünya

ABŞ-də kişi qadını qaçıraraq dörd il həbsdə saxlayıb – FOTO

Bu günlərdə ABŞ-də qadını oğurlayaraq əsarətdə saxlamaqda şübhəli bilinən Texas sakini saxlanılıb. İlkin məlumatlara görə, 42 yaşlı Abraham Bravo Sequra adı açıqlanmayan qadını 4 il həbsdə saxlayıb. Kişi avtomobil qoşqusunu qıfıl və barmaqlıqlarla təchiz edib. Buna görə qadın çölə çıxaraq qaça bilməyib. Qadın onu qaçıran şəxs işdə olarkən mobil telefon əldə edə bilib. O, polisə […]

Dünya

Paris küçələri döyüş meydanına çevrildi – VİDEO

Fransada hökumətin pensiya islahatına qarşı yeddinci aksiya keçirilir. Etirazçılar paytaxt da daxil olmaqla, bir çox şəhərlərdə hakimiyyətlə fikir ayrılıqlarını ifadə etmək üçün küçələrə çıxıblar. Yüz minlərlə fransalı pensiya yaşının artırılmasına qarşıdır. Parisdə etirazçılar Respublika meydanına toplaşaraq Millət meydanına doğru irəliləyiblər. Aksiyada ümumilikdə 70-dən yüz minə qədər insan iştirak edib. Şəhər sakinləri hökumətin ölkədə pensiya yaşını […]

Siyasət

Çavuşoğlu: “Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib”

“Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Malatyada keçirdiyi mətbuat konfransında deyib. “Gecə-gündüz yerli xilasedicilər çalışır. Xarici ölkələrdən Türkiyəyə gələn axtarış-xilasetmə qruplarının hamısı ölkələrinə geri dönüb. Ən son zəlzələ bölgəsini tərk edən can Azərbaycandan olan xilasedicilər olub. Onlar da işlərini başa çatdırıb geri qayıdıblar”, – nazir bildirib. […]

Dünya

Türkiyədə seçkilərə 36 partiya qatılacaq

Türkiyənin Ali Seçki Şurası mayın 14-də keçiriləcək parlament seçkilərində iştirak edə biləcək 36 siyasi partiyanın siyahısını təsdiqləyib. Bu barədə şənbə günü səsvermənin və seçki təqviminin hazırlanmasına başlayan Şuradan məlumat verilib. Qurum həmçinin səsvermənin özünün mayın 14-də yerli vaxtla saat 08:00-da başlaması və 17:00-da başa çatması barədə qərar qəbul edib. Ənənəvi olaraq, sonuncu seçki məntəqəsi bağlanan […]

Cəmiyyət

Teymur Kərimli: “Nizaminin türk olması çoxdan sübut edilmiş bir faktdır”

İran tarix boyu Azərbaycana pis, şovinist münasibət bəsləyib. Şovinizm dünyadakı bəzi xalqlar üçün bir bəladır. İrandakı Azərbaycan səfirliyinə silahlı hücum göstərir ki, bu dövlətin içində tarix boyu türklərə, azərbaycanlılara qarşı bir kin olub. Ona görə də həmişə Azərbaycanı elə qələmə vermək istəyirlər ki, guya azərbaycanlılar, türklər köçəri xalqdır, Turandan köçüb və heç bir mədəniyyəti yoxdur. […]

Kriminal

Gəncə sakini bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 2006-ci il təvəllüdlü Rəvan Rüstəmov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə yeniyetmə tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az