Siyasət

Levits: “Latviyanın xarici siyasətinin təməlində ölkələrin ərazi bütövlüyünə hörmət dayanır”

“Latviyanın xarici siyasətinin təməlində beynəlxalq hüquqa və bütün ölkələrin ərazi bütövlüyünə hörmət dayanır”. AZƏRTAC xəbər verir ki, bu fikri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında ifadə edib. Prezident Egils Levits deyib ki, Latviya Ukraynaya qarşı səbəbsiz və əsassız təcavüzü pisləyir, Ukraynanı hərbi və iqtisadi cəhətdən dəstəkləyir. Xeberal.az

Cəmiyyət

Ətin bahalaşmasının səbəbi bilindi – VİDEO

Paytaxtda və bölgələrdə quzu və mal ətinin qiyməti yenidən yüksəlib. Lakin bu bahalaşma, sanki ənənəyə çevrilən bayramqabağı süni qiymət artımı ilə bağlı deyil. İllərdir ət məhsullarının satışı ilə məşğul olan qəssab kəsim üçün aldıqları heyvanların azlığından şikayətlənir. Onun sözlərinə görə, artıq kənd camaatına heyvan saxlamaq sərf etmir və bu səbəbdən qiymət artımı baş verib. Görünür, […]

Cəmiyyət

Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şuşada olub – FOTO

Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saud martın 8-də Şuşa şəhərinə səfər edib. AZƏRTAC xəbər verir ki, Şahzadə Türki Al Faysal Al Saud Şuşada tarixi-mədəni abidələrimizlə tanış olub. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonağa Ermənistan silahlı qüvvələrinin qədim şəhərdə törətdiyi vəhşiliklər haqqında məlumat verib. […]

Siyasət

Egils Levits: “Latviya Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlıdır”

“Avropa İttifaqının (Aİ) üzv dövləti kimi Latviya Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlıdır”. AZƏRTAC xəbər verir ki, bu sözləri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında söyləyib. “Latviya Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu alqışlayır”, – deyən E.Levits hazırda Azərbaycanın Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsində […]

Siyasət

Latviya Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır

“Latviyanın “airBaltic” şirkəti bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır”. AZƏRTAC xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib. O qeyd edib ki, bununla da latviyalı turistlərin Azərbaycana gəlməsi və Azərbaycan vətəndaşlarının Latviyaya getməsi, o cümlədən işgüzar dairələrin səfərləri asanlaşacaq. […]

Siyasət

Egils Levits: “Latviya ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edib”

“Biz diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etməyi planlaşdırırıq. Otuz il ərzində Latviya ilə Azərbaycanın ikitərəfli münasibətləri uğurla inkişaf edib”. AZƏRTAC xəbər verir ki, bu barədə Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib. E.Levits deyib: “Ölkələrimiz arasında təşviq edə biləcəyimiz bir çox ikitərəfli məsələlər var, o cümlədən biz qlobal, […]

Siyasət

Əli Əsədov Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşüb. Bu barədə Nazirlər Kabineti məlumat verib. Görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran aktual məsələlərin müzakirəsi baxımından önəmi qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri ilə […]

İdman

Azərbaycan millisinə görə Ukrayna yığmasında oynamaqdan imtina edib: “Söz vermişdim”

Azərbaycan U-21 millisinin futbolçusu Emil Mustafayev Ukrayna yığmasında oynamaq təklifi alıb. Bu barədə gənc oyunçu özü məlumat verib. O, Azərbaycan millisinə söz verdiyi üçün təklifdən imtina etdiyini bildirib. “Ukrayna Futbol Federasiyasından gənclər millisində oynamaq təklifi var idi. Amma mən bundan imtina etdim. Çünki ilk təklif Azərbaycandan gəlmişdi. Razılaşdıq ki, onların komandasında oynayacağam. Ukraynadan təklif gec […]

Mədəniyyət

Seriallardakı rolları ilə tanınan türk aktyor əməliyyat edildi

Məşhur türkiyəli aktyor, xüsusən seriallardakı rolları ilə tanınan Kərəm Bürsin əməliyyat olunub. Türkiyə mətbuatının yazdığına görə, 35 yaşlı aktyorun belində yırtıq aşkar edilib və həkimlər onun təcili əməliyyat olunmasını tövsiyə ediblər. Aktyor artıq bu gün xəstəxanadan evə buraxılıb. Bürsinin ətrafında olan şəxslər onun bir müddət istirahət etdikdən sonra yeni layihələr üzərində işləməyə davam edəcəyini bildiriblər. […]