Mədəniyyət

Seriallardakı rolları ilə tanınan türk aktyor əməliyyat edildi

Sharing is caring!

Məşhur türkiyəli aktyor, xüsusən seriallardakı rolları ilə tanınan Kərəm Bürsin əməliyyat olunub.

Türkiyə mətbuatının yazdığına görə, 35 yaşlı aktyorun belində yırtıq aşkar edilib və həkimlər onun təcili əməliyyat olunmasını tövsiyə ediblər.

Aktyor artıq bu gün xəstəxanadan evə buraxılıb.

Bürsinin ətrafında olan şəxslər onun bir müddət istirahət etdikdən sonra yeni layihələr üzərində işləməyə davam edəcəyini bildiriblər.

Mənbə: NTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir