Baku TV-nin efirində xəbər vaxtıdır. Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti hissəsi ölkəmizə qayıtdı. Malatyada zəlzələ zamanı ziyan görən beşmərtəbəli bina çökdü. Əraziyə axtarış-xilasetmə qrupları cəlb edildi. “70-80 faizini elə evdə gəlirlər alırlar. Hər biri 5-6 manat. Bir az balaca olanda 4 manat”. Ölkənin ən bahalı limonları harada və necə yetişdirilir? Daha […]
Day: Mart 29, 2023
Azərbaycan səfiri Türkiyənin XİN rəsmisi ilə görüşüb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə baş direktoru, səfir Gökhan Turan ilə görüşüb. Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb. Tərəflər Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif sahələri və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Xeberal.az
Sülhməramlılar Qarabağa silah daşınmasına necə göz yumur? – VİDEO
Separatçılar Qarabağa silah daşımağa davam edir. Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlıları isə bütün baş verənlərə hələ də göz yumur. Baku TV-də yayımlanan “Baku Analitik” verilişinin qonaqları politoloq Aydıq Quliyev və millət vəkili Vüqar İskəndərov Xankəndi və Xocalıda olan separatçıların çıxarılması mövzusunu müzakirə ediblər. Ətraflı verilişi təqdim edirik: Xeberal.az
Qərbi Azərbaycan xronikası: Ermənistanın əməl etmədiyi şərt – VİDEO
Baku TV-də yayımlanan “Qərbi Azərbaycan xronikası” verilişinin növbəti buraxılışı efirə gedib Verilişin qonağı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarixçi-alim Nazim Mustafa olub. O, İrəvan və Naxçıvan xanlıqları ərazisində süni erməni vilayətinin yaradılmasından bəhs edib, həmçinin Ermənistanın paytaxtı kimi Gümrünün deyil, İrəvanın seçilməsinin səbəbinə aydınlıq gətirib. Ətraflı süjetdə: Xeberal.az
Ordubadda 54 evdən silsilə oğurluq edən cinayətkar qrup saxlanılıb
Ordubad rayonunda 54 evdən silsilə oğurluqlar edən cinayətkar qrup saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində biri şəhid ailəsinin yaşadığı ev olmaqla, ümumilikdə 54 evdən silsilə oğurluqlar edən cinayətkar qrupu saxlayıblar. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Xeberal.az
FHN Bakı Regional Mərkəzinin rəisi: “Göstərdik ki, hər zaman qardaş Türkiyənin yanındayıq”
“Fevralın 6-da dünyada əsrin ən böyük faciəsi baş verib. Güclü zəlzələ Kahramanmaraş başda olmaqla, 17 şəhərdə böyük dağıntılar törədib. Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 760 nəfər şəxsi heyəti Türkiyəyə ezam olunub”. Xeberal.az-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov bildirib. Məhərrəm Həsənov deyib ki, Azərbaycan xilasediciləri […]
Britaniya polisi “Mançester Siti”nin futbolçusunun barda çəkilən görüntülərini araşdırır – FOTO/VİDEO
Britaniya polisi “Mançester Siti”nin müdafiəçisi Kayl Uokerlə bağlı araşdırmalara başlayıb. Buna səbəb İngiltərə millisinin üzvünün barların birində çəkilən görüntüsüdür. Futbolçunun sərxoş vəziyyətdə bara daxil olaraq orada şalvarını çıxardığı, rəqs etdiyi və qızların birinin bədəninə toxunduğu video yayılmışdı. Buna baxmayaraq, Uloker çərşənbə günü “şəhərlilər”in məşqində iştirak edib. Klub 32 yaşlı futbolçuya qarşı tədbir görmək fikrində deyil. […]
Varlamov Türkmənistan vətəndaşı oldu – FOTO
Rusiyalı urbanist bloqer İlya Varlamov öz sosial şəbəkə səhifəsində Türkmənistan vətəndaşlığını aldığını bildirib. O, yeni pasportunun fotoşəkillini paylaşıb. Varlamov sənədi açıq formada göstərməyib, yalnız üz qabığını nümayiş etdirib. O, bildirib ki, Türkmənistan vətəndaşlığını bu gün ölkənin İstanbuldakı səfirliyində qəbul edib. Qeyd edək ki, 2022-ci ildə 4306 nəfər Rusiya vətəndaşlığından imtina edib. Bu rəqəm son üç […]
Latviya Prezidenti İçərişəhərdə olub
Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olub. AZƏRTAC xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi Qız qalası ilə başlayıb. Latviya Prezidentinə Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. […]
Fransada etirazçılarla polis arasında qarşıdurma yarandı – Xəbərlərin 20:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. Azərbaycan Ermənistana yeni təkliflər göndərdi. Prezident İlham Əliyev sülh sazişi ilə bağlı son vəziyyəti açıqladı. Ermənilər sülhməramlıların qərargahı önündə yenə etiraz aksiyası keçirdi. Separatçılar nəyə nail olmaq istəyir? Fransada əhali küçələrə axışdı. Etirazçılarla, polis arasında qarşıdurma yarandı. “2-3 manat artım olub”. 8 marta görə Bakıda güllərin qiyməti bahalaşdı. Daha ətraflı […]