Siyasət

Latviya optik kabellərin istehsalında Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırdır

Latviya optik kabellərin istehsalı sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırdır. Bu barədə “Report”a Latviyanın İnvestisiya və Biznesin İnkişafı Agentliyinin baş direktoru Kaspars Rozkalns bildirib. Qeyd edilir ki, Latviyanın İnvestisiya və İnkişaf Agentliyi ilə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında imzalanacaq memorandum Azərbaycanla ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə yönələcək. O, əsasən tikinti, “ağıllı şəhər”lər və bioiqtisadiyyat kimi […]

Siyasət

Əli Əsədov Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini xanım Xuon Sudari ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən bildirilib. Görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumu qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün mühüm platforma kimi səciyyələndirilib. Azərbaycanla Kamboca arasında yaxın siyasi əlaqələrin mövcud olduğu bildirilib, […]

Dünya

Dünyanın ən yaşlı qadını 128 yaşında vəfat etdi

Dünyanın ən yaşlı qadını adlandırılan Cənubi Afrikadan olan 7 uşaq anası Yohanna Mazibuko 128 yaşında vəfat edib. Qadın üç fərqli əsrdə yaşayıb və Cənubi Afrikanın Şimal-Qərb əyalətindəki evində dünyasını dəyişib. Onun qəyyumu və baldızı Tandive Vesinyanın sözlərinə görə, qadın insultdan ölmüş ola bilər. Qeyd edək ki, Mazibukonun dünyanın ən yaşlı qadını olması ilə bağlı məlumatlar […]

İqtisadiyyat

Orxan Məmmədov: “Biz Latviya ilə işgüzar əməkdaşlığın inkişafı təşəbbüslərini dəstəkləməyə hazırıq”

“KOBİA Latviya ilə Azərbaycan arasında işgüzar əməkdaşlığın inkişafı üçün sahibkarların bütün təşəbbüslərini dəstəkləməyə hazırdır”. “Report” xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov Azərbaycanın və Latviyanın işgüzar dairələri ilə keçirilən görüşdə deyib. “Bizim agentlik öz təcrübəsini Latviya ilə bölüşməyə hazırdır”, – O.Məmmədov bildirib. Onun sözlərinə görə, ağıllı şəhər […]

Cəmiyyət

Ölkənin ən bahalı limonları hansı bölgədə satılır? – VİDEO

Ölkənin ən bahalı limonları məhz Ordubadda yetişir. Təsərrüfatçı Zahid Əkbərov bildirib ki, Ordubad limonu dibçəkdə yetişdirilir: “Limon uşaq kimi qulluq sevir. Vaxtında sulamaq lazımdır. Limonda elə bir hissiyat var ki, o yiyəsini tanıyır. Başqa adam gəlib ağacdan limon dərdiyi zaman 7 ilə kimi məhsul vermir”. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Siyasət

İlham Əliyev: “Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı ilə Aİ arasında münasibətlər yaradılıb”

“Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Hərəkatla Avropa İttifaqı arasında münasibətlər yaradılıb”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Egils Levitslə məhdud tərkibdə görüşdə bildirib. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının 2020-ci ildə COVID-19-la bağlı keçirilmiş onlayn sessiyasında Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep […]

Siyasət

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, keçmiş dövlət və hökumət başçıları, Mərkəzin İdarə Heyətinin üzvləri Mərkəzin fəaliyyətinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə […]

Siyasət

Egils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb – FOTO

Latviya Prezidenti Egils Levits martın 8-də Bakıda Azərbaycanın və Latviyanın iş adamları ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Latviya Prezidenti bu tədbirin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əmin olduğunu söyləyib. Bildirib ki, Latviya NATO və Avropa İttifaqının üzvüdür. Həmçinin Azərbaycanı iqtisadi əlaqələrdə yaxın tərəfdaş kimi görür. Egils Levits qeyd edib ki, Azərbaycan Avropanın enerji […]

Siyasət

Latviya Azərbaycanla Ermənistan arasında sülh prosesində beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıdır

“Azərbaycanla Ermənistan arasında sülh prosesində biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında səsləndirib. E.Levits qeyd edib: “Belə bir sülh sazişinə nail olmağın vaxtıdır və biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini […]

Siyasət

Latviya prezidenti: “Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu yüksək qiymətləndiririk”

“BMT üzvlərinin əksəriyyətinin, yəni, 120-dən artıq üzvü olan platformanın – Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu yüksək qiymətləndiririk”. AZƏRTAC xəbər verir ki, bu fikri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında söyləyib. “Biz 2025-ci il üçün BMT Təhlükəsizlik Şurasının üzvü kimi namizədliyimizi irəli sürəcəyik. Ümid edirik ki, bu məsələdə Qoşulmama […]