Dünya

Rusiya və Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsi olub – FOTO/VİDEO

Çərşənbə axşamı, martın 7-də Ukrayna 130 müdafiəçisini əsirlikdən geri qaytarıb. Bu barədə Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak “Telegram” kanalında məlumat verib. “Daha bir əsir mübadiləsi – 130 adamımızı – 126 müdafiəçi kişi və 4 müdafiəçi qadını vətənə qaytara bildik. Bunlar Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, sərhədçilərin, Dövlət Mühafizə Xidmətinin hərbçiləridir”, – Yermak bildirib. Onun […]

Dünya

İsveç XİN: “Ölkədə nüvə silahı yerləşdirilməyəcək”

İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Tobias Billström bildirib ki, ölkə NATO-ya daxil olduqdan sonra krallıq ərazisində nüvə silahı yerləşdirilməyəcək. Onun sözlərinə görə, İsveç hökuməti “digər şimal ölkələrinin mövqeyinə əməl edəcək”. Bildirilir ki, xarici işlər naziri açıqlamasında nüvə silahının da yerləşdirilmədiyi Norveç və Danimarkanı nəzərdə tutub. Qeyd olunub ki, hökumət tezliklə NATO ilə bağlı İsveçin yeni […]

Dünya

“Avroviziya”nın final biletləri 36 dəqiqəyə satıldı

Liverpulda keçiriləcək “Avroviziya 2023” mahnı müsabiqəsinin böyük finalının biletləri 36 dəqiqəyə satılıb. Məlumata görə, bəzi pərəstişkarlar onlayn alış zamanı problemlərlə qarşılaşıblar. Ümumilikdə, mayın 13-də keçiriləcək möhtəşəm final da daxil olmaqla, doqquz “Avroviziya” şousunun hər biri üçün 6000 bilet satışa çıxarılıb. Bildirilir ki, finalın biletləri 36 dəqiqəyə, qalan şoular üçün biletlər isə təxminən bir saat sonra […]

Dünya

Kriptovalyuta hesabından 96 min dollardan çox pul oğurlandı

ABŞ-ın ən böyük kriptovalyuta birjası “Coinbase” məhkəməyə verilib. Birjanın istifadəçisi demək olar ki, 100 min dollar məbləğindəki bütün əmanətlərinin itdiyini iddia edib. Birjanın müştərisi hesabının sındırılmasından sonra pulunun yoxa çıxdığını deyib. Onun sözlərinə görə, şirkət hesabının qorunmasına görə məsuliyyət daşımaqdan imtina edərək bu işdə onu günahlandırıb. ABŞ sakini Cared Fergüson San-Fransisko federal məhkəməsinə verdiyi iddiasında […]

Siyasət

Üçtərəfli bəyanat qüvvədən düşür? – VİDEO

Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının Azərbaycana qarşı qərəzli və qüsurlu fəaliyyətləri davam edir. Artıq təxribatlarına öyrəşdiyimiz hərbi kontingent ölkəmiz əleyhinə yenə də anoloji mövqe sərgiləyib. Belə ki, onlar indi də Xankəndi-Xəlfəli-Turşsu yolundan ermənilərin törətdiyi təxribatın Azərbaycan tərəfindən törədildiyini ehtiva edən bəyanat yayıblar. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Dünya

Dərbənddə qədim karvansaranın qalıqları tapılıb – FOTO

Dərbənd Muzey-Qoruğunun əməkdaşları şəhərin mərkəzindəki Köhnə bazar meydanında yaşayış binalarının altında qədim tikilinin qalıqlarını aşkar ediblər. Bu barədə muzeyin “Telegram” kanalında məlumat verilib. İlkin hesablamalara görə, bunlar 17-ci əsrə aid qədim karvansaranın qalıqlarıdır. Məlumata görə, Dərbəndin köhnə rəsmlərində (Adam Olearius 1638, Eyxvald 1825) bu yerdə böyük kvadrat şəkilli karvansara aydın görünür. Məlumdur ki, 17-ci əsrdə […]

Dünya

Türkiyədə Qara dəniz qazının tədarükü təxirə salına bilər

Türkiyənin energetika naziri Fatih Dönməz Sakarya Qara dəniz yatağından ölkə istehlakçılarına təbii qazın verilişinin aprel ayına qədər təxirə salınacağını istisna etməyib. O, çərşənbə axşamı jurnalistlərə bildirib ki, bu, layihənin həyata keçirilməsində iştirak edən işçilərin bəzilərinin fevral ayında Türkiyənin cənub-şərqində dağıdıcı zəlzələlərin baş verdiyi ərazilərdə ailələri ilə birlikdə olması ilə əlaqədardır. “Qara dənizin yeni yatağından qaz […]

Dünya

Türkiyəli aktrisa əməliyyat olundu: “Ümid edirəm hərəkət qabiliyyətim güclənəcək” – FOTO

Məşhur türkiyəli aktrisa, “Üç kız kardeş” serialının baş rol ifaçısı İclal Aydın əməliyyat olunub. Bu barədə aktrisa “İnstagram” hesabında paylaşım edib. Mikrodiskektomiya əməliyyatı olunduğunu açıqlayan İclal Aydın səhhəti ilə bağlı məlumat verib. Aktrisa əməliyyatdan bir neçə saat sonra ayağa qalxıb və həkimi ilə çəkdirdiyi şəkli “İnstagram”da paylaşıb. “Bu şəkil dünən səhər saat 07.30-da əziz doktor Bülent […]

Dünya

BMT zəlzələnin Türkiyəyə vurduğu ziyanın məbləğini açıqladı

“Fevral ayında baş verən zəlzələlərin Türkiyəyə vurduğu ziyan 100 milyard dolları keçə bilər”. Jurnalistlər üçün keçirilən brifinqdə çıxış edən BMT-nin İnkişaf Proqramının Türkiyədəki rəsmi nümayəndəsi Luiza Vinton belə deyib. BMT-nin nümayəndəsi Hatay vilayətindəki vəziyyəti “apokaliptik” adlandıraraq, yüz minlərlə evin dağıldığını bildirib. “Yardıma ehtiyac böyükdür, lakin resurslar azdır”, – deyə Luiza Vinton vurğulayıb. Mənbə: TASS Xeberal.az

Dünya

İsraildə ən böyük bayram karnavalı keçirildi – VİDEO

Çərşənbə axşamı Tel-Əviv yaxınlığındakı Holon şəhərində yəhudilərin bu günlərdə qeyd olunan Purim bayramı ilə əlaqədar keçirilən karnaval yürüşündə on minlərlə israilli iştirak edib. Holon Karnavalı İsrailin ən böyük Purim festivalı hesab olunur və 2019-cu ildən bəri ilk dəfə keçirilir. Pandemiya səbəbindən tədbir üç ildir ki, təxirə salınıb. Təşkilatçıların sözlərinə görə, tamaşaya baxmaq üçün ümumilikdə 100 […]