Dünya

“Avroviziya”nın final biletləri 36 dəqiqəyə satıldı

Sharing is caring!

Liverpulda keçiriləcək “Avroviziya 2023” mahnı müsabiqəsinin böyük finalının biletləri 36 dəqiqəyə satılıb.

Məlumata görə, bəzi pərəstişkarlar onlayn alış zamanı problemlərlə qarşılaşıblar.

Ümumilikdə, mayın 13-də keçiriləcək möhtəşəm final da daxil olmaqla, doqquz “Avroviziya” şousunun hər biri üçün 6000 bilet satışa çıxarılıb.

Bildirilir ki, finalın biletləri 36 dəqiqəyə, qalan şoular üçün biletlər isə təxminən bir saat sonra satılıb. Azarkeşlər onlayn növbədə onlardan qabaqda 2000 nəfərin olduğu mesajını alıblar, lakin real rəqəmlər çox güman ki, daha artıq olub.

Qeyd edək ki, Böyük Britaniyada yaşayan ukraynalı qaçqınlar üçün 3 min bilet ayrılıb.

“Avroviziya 2023” mahnı müsabiqəsinin finalı mayın 9-da Liverpulda keçiriləcək.

Mənbə: zn.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir