Dünya

Rusiya və Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsi olub – FOTO/VİDEO

Sharing is caring!

Çərşənbə axşamı, martın 7-də Ukrayna 130 müdafiəçisini əsirlikdən geri qaytarıb.

Bu barədə Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak “Telegram” kanalında məlumat verib.

“Daha bir əsir mübadiləsi – 130 adamımızı – 126 müdafiəçi kişi və 4 müdafiəçi qadını vətənə qaytara bildik. Bunlar Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, sərhədçilərin, Dövlət Mühafizə Xidmətinin hərbçiləridir”, – Yermak bildirib.

Onun sözlərinə görə, keçmiş əsirlər arasında Mariupolun 87 müdafiəçisi var ki, onlardan 71-i “Azovstal”dandır.

“Biz həmçinin Baxmut və Soledar bölgələrində əsir götürülənləri – Donetsk istiqamətindən ümumilikdə 35 nəfəri geri qaytardıq”, – o əlavə edib.

Qeyd edək ki, martın 7-də Rusiya Müdafiə Nazirliyi də əsirlərin mübadiləsini elan edib. Məlumata görə, Rusiya tərəfi 90 hərbçisini geri qaytarıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir