Dünya

Dərbənddə qədim karvansaranın qalıqları tapılıb – FOTO

Sharing is caring!

Dərbənd Muzey-Qoruğunun əməkdaşları şəhərin mərkəzindəki Köhnə bazar meydanında yaşayış binalarının altında qədim tikilinin qalıqlarını aşkar ediblər.

Bu barədə muzeyin “Telegram” kanalında məlumat verilib.

İlkin hesablamalara görə, bunlar 17-ci əsrə aid qədim karvansaranın qalıqlarıdır. Məlumata görə, Dərbəndin köhnə rəsmlərində (Adam Olearius 1638, Eyxvald 1825) bu yerdə böyük kvadrat şəkilli karvansara aydın görünür. Məlumdur ki, 17-ci əsrdə şəhərin bazar meydanına baxan üç karvansara olub.

Bildirilir ki, hazırda karvansaranın yalnız yeraltı hissəsi aşkar edilib.

Muzey-qoruq müəyyən edilmiş obyekti qeydiyyata salmaq və əlavə ekspertiza aparmaq üçün Dağıstan Respublikasının Mədəni İrsin Mühafizəsi Agentliyinə sorğu göndərəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir