Dünya

Türkiyədə Çin elektromobilləri iki dəfə bahalaşacaq

Türkiyə elektriklə işləyən avtomobillərin Çindən idxalına 40 faiz rüsum tətbiq edib. Akkumulyatorlu avtomobillərin idxalına əlavə verginin tətbiqi əhalini yerli istehsal TOGG elektromobilini almağa həvəsləndirmək məqsədi daşıyır. Bundan əlavə, səlahiyyətlilər elektromobillərin vergitutma sistemini dəyişdiriblər. İndi mühərrikləri 160 kilovata qədər olan və qiyməti 1,25 milyon lirəyə qədər olan “yaşıl” nəqliyyat vasitələri üçün vergi 10 faiz, daha bahalı […]

Dünya

Minlərlə traktor Brüsselin mərkəzini bağladı – VİDEO

Belçika paytaxtında yerli fermerlərin kütləvi etiraz aksiyası keçirilib. Onlar minlərlə traktoru Brüsselin mərkəzinə apararaq nəqliyyatın hərəkətinə mane olublar. Şəhər rəhbərliyi aksiyanın keçirildiyi ərazilərə səyahətdən çəkinməyi tövsiyə edib. Nümayiş təşkilatçıları təxminən 2700 traktoru paytaxtın küçələrinə toplayaraq yolları bağlayıb və təkərləri yandırmağa başlayıblar. Belçikalı kənd təsərrüfatı istehsalçıları ölkənin şimal bölgəsi – Flandriya hökumətinin təklif etdiyi “Azot planı” […]

Dünya

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb. Bu barədə cümə günü, martın 3-də ABŞ Dövlət katibi Antoni Blinken məlumat verib. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yazılı açıqlamasında göstərildiyi kimi, yardım paketinə HIMARS raket sistemləri üçün döyüş sursatları, “Bradley” piyada döyüş maşınları üçün döyüş sursatları, həmçinin ponton keçidləri daxildir. Mənbə: iz.ru Xeberal.az

Dünya

6 min funt-sterlinq dəyərindəki çilçıraq hərracda inanılmaz qiymətə satıldı – FOTO

İngilis rəssam Con Krakston 1960-cı illərdə antikvar dükanında 6000 funt-sterlinqə çilçıraq alıb. Daha sonra məlum olub ki, o, 1940-cı illərdə məşhur isveçrəli heykəltəraş Alberto Cakometti tərəfindən hazırlanıb və bu yaxınlarda hərracda 2,9 milyon funta satılıb. Məlumata görə, əsərləri hazırda dünyanın böyük muzeylərində nümayiş etdirilən isveçrəli sürrealist heykəltəraşa “Horizon” ədəbi jurnalının London ofisi üçün çilçıraq hazırlamaq tapşırılıb. […]

Dünya

BƏƏ OPEK+ təşkilatından çıxa bilər

BƏƏ Səudiyyə Ərəbistanı tərəfindən məhdudlaşdırılan neft hasilatını artırmaq üçün OPEK+ təşkilatından çıxmaq ehtimalı ilə bağlı müzakirələr aparır. Bildirilir ki, son illərdə iki ərəb ölkəsi arasında neft hasilatı məsələsinə fərqli yanaşmalar, eləcə də Yəməndə nüfuz uğrunda rəqabət ucbatından fikir ayrılıqları yaranıb. Belə ki, BƏƏ daha çox neft istehsal etmək istəyir, lakin bu potensial və nəticədə gəlirlər […]

İdman

Yeni “Formula-1” mövsümünə start verildi – FOTO

Yeni “Formula-1” mövsümünün ilk Qran-prisi çərçivəsində Bəhreyndə cümə məşqləri keçirilib. İlk məşqdə Fernando Alonso və Maks Ferstappeni qabaqlayan “Red Bull” komandasının pilotu Serxio Peres ən yaxşı olub. Pilotların yarışın simulyasiyasına cəmləşdiyi ikinci məşqdə Alonso hər iki “Red Bull” pilotunu qabaqlayaraq ən yaxşı vaxtı göstərib. Qeyd edək ki, yarışın təsnifat mərhələsi 4 mart, əsas yarışı isə […]

Dünya

Rusiyada keçmiş vitse-qubernator rüşvətə görə saxlanılıb – VİDEO

Leninqrad vilayətinin İstintaq Komitəsi cümə günü vilayətin keçmiş vitse-qubernatorunu rüşvət almaqda şübhəli bilərək saxlayıb. Bu barədə jurnalistlərə Rusiyanın Leninqrad vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib. “Səlahiyyətinə tikinti sənayesində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi daxil olan Leninqrad vilayətinin o vaxtkı vitse-qubernatoruna ümumi məbləği ən azı 8,5 milyon rubl olan rüşvət şəklində pul köçürülməsi […]

Dünya

Nigeriyada neft kəmərində partlayış: Ölənlər var

Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində ən azı 12 nəfər ölüb. Bu barədə Rivers əyalət polisinin sözçüsü Qreys İrinqe-Koko məlumat verib. Onun sözlərinə görə, hadisə neftin qanunsuz nəqli zamanı baş verib. “Biz bilirik ki, partlayış neftin boru kəməri vasitəsilə oğurlanması ilə bağlıdır. Partlayışdan sonra bir saatdan çox davam edən yanğın başlayıb”, – İrinqe-Koko bildirib. Yerli […]

Dünya

Moldova Rusiyaya qarşı sanksiyalara qoşulacaq

Yaxın gələcəkdə Moldova Aİ-nin anti-Rusiya sanksiyalarına qoşula bilər. Bu barədə Moldovanın Aİ-yə üzvlük üçün müraciətinin ildönümü şərəfinə keçirilən brifinqdə Moldovanın xarici işlər naziri Niku Popesku bildirib. “Sanksiyalara gəlincə, bizim mövqeyimiz tamamilə aydındır. Bizim sanksiyalara əməletmə dərəcəmiz xeyli artacaq. Avropa İttifaqında 38 sanksiya rejimi mövcuddur ki, bunlardan sanksiyaların tətbiqi üçün hüquqi əsas kimi istifadə olunur”, – […]

Cəmiyyət

Gəncədə piyadanı maşın vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı təfə keçmək istəyən 2002-ci il təvəllüdlü Şəhiyyar Məmmədovu vurub. Piyada hadisə yerində ölüb. Məlumata görə piyadanı vuran avtomobil hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az