Dünya

Nigeriyada neft kəmərində partlayış: Ölənlər var

Sharing is caring!

Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində ən azı 12 nəfər ölüb.

Bu barədə Rivers əyalət polisinin sözçüsü Qreys İrinqe-Koko məlumat verib.

Onun sözlərinə görə, hadisə neftin qanunsuz nəqli zamanı baş verib.

“Biz bilirik ki, partlayış neftin boru kəməri vasitəsilə oğurlanması ilə bağlıdır. Partlayışdan sonra bir saatdan çox davam edən yanğın başlayıb”, – İrinqe-Koko bildirib.

Yerli sakinlərin dediyinə görə, əslində rəsmi açıqlanandan daha çox adam ölüb. Qurbanların sayı onlarla ola bilər. Ölənlər boru kəmərindən neft çəkib, ən azı beş maşınla qeyri-qanuni neft emalı zavoduna çatdırmağı planlaşdıran gənclər olub.

Ehtimal ki, sürücülərdən biri yola düşməyə hazırlaşarkən avtomobildən çıxan qığılcım partlayışa səbəb olub.

Xatırladaq ki, qeyri-qanuni neft emalı zavodları Nigeriyada gəlirli biznes sahəsi hesab olunur. Belə ki, ölkə Afrikanın ən böyük neft istehsalçılarından biridir.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir