Cəmiyyət

Gəncədə piyadanı maşın vuraraq öldürüb

Sharing is caring!

Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı təfə keçmək istəyən 2002-ci il təvəllüdlü Şəhiyyar Məmmədovu vurub. Piyada hadisə yerində ölüb. Məlumata görə piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir