Cəmiyyət

Bakıda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub

Bakının Nizami rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub. APA xəbər verir ki, qəza Qara Qarayev prospektində qeydə alınıb. Belə ki, zəncirvari qəza VAZ-2107, iki “Toyota Prius”, “Mercedes” və “Lexus” markalı avtomobillərin iştirakı ilə baş verib. Əraziyə polis əməkdaşları cəlb ediliblər. Bir nəfər yüngül xəsarət alıb. Avtomobillər ərazidən kənarlaşdırılıblar. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

İdman

A Seriyası: “Napoli” evində “Latsio”ya uduzdu – VİDEO

İtaliya A Seriyasında 25-ci tura start verilib. “Napoli” evində “Latsio”nu qəbul edib. Bu mövsüm evində məğlub olmayan “Napoli” uğurunu davam etdirə bilməyib. Qarşılaşmanın 67-ci dəqiqəsində qonaqların heyətində M.Vecino fərqlənərək yekun hesabı müəyyənləşdirib. Qələbə sayəsində “Latsio” turnir cədvəlində 2-ci pilləyə yüksəlib. 65 xala malik olan “Napoli” isə ən yaxın rəqibini 17 xal qabaqlayır.   Xeberal.az

İdman

“Borussiya” Almaniya çempionatında liderliyə yüksəldi – VİDEO

Almaniya Bundesliqasının 23-cü turunda Dortmund “Borussiya”sı evində “Leypsiq”i qəbul edib. Qarşılaşmada hesab 21-ci dəqiqədə açılıb. M.Roys penaltidən fərqlənib. 39-cu dəqiqədə meydan sahibləri E.Canın qolu ilə hesabı 2:0-a çatdırıblar. Qonaqlar 74-cü dəqiqədə bu qollardan birinin əvəzini çıxıblar. E.Forsberq fərqlənsə də, “Leypsiq”in bundan artığına gücü çatmayıb. Nəticədə “Borussiya” 49 xalla liderliyə yüksəlib. Qonaqlar isə 42 xalla 4-cü […]

Dünya

Bayden bədxassəli şişə görə əməliyyat olundu

ABŞ Prezidenti Co Bayden uğurla əməliyyat olunub. Bu barədə onun həkiminə istinadən məlumat yayılıb. Məlumata görə, dövlət başçısının dərisindən bədxassəli şiş çıxarılıb. Həkimin sözlərinə görə, fevral ayında aparılan biopsiya ABŞ liderində bazal hüceyrəli karsinomanın olduğunu təsdiqləyib. Bildirilir ki, bundan sonra Baydenin səhhəti dermatoloq tərəfindən mütəmadi olaraq izləniləcək. Mənbə: TASS Xeberal.az

Siyasət

Qərbi Azərbaycan İcması Ermənistana çağırış etdi – VİDEO

“Vətəndaşlarımızın geri qayıtmasına şərait yaradın”. Bu sözləri Baku TV-yə açıqlamasında Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib. “İcma olaraq Ermənistanın baş nazirini çağırırıq ki, Ermənistandan çıxarılan azərbaycanlıların geri qaytarılmasına şərait yaratmaqla bağlı dərmal icma ilə danışıqlara başlasın”, – deyə Ü.Zülfiqar qeyd edib. Daha ətraflı süjetdə: Xeberal.az

Cəmiyyət

Avtomobil aldı, qeydiyyatdan sonra həbs qoyuldu – VİDEO

Goranboy rayonunun Qaradağlı kənd sakini Namiq Sadıqovun aldığı maşının üzərinə həbs qoyulub. Xezerxeber.az-ın məlumatına görə, Namiq Sadıqov aldığı avtomobili öz adına qeydiyyata saldıqdan 25 gün sonra minik maşınına həbs qoyulduğunu deyir. Dediyinə görə, o ötən ilin sentyabrında Qazax sakinindən minik maşını alıb. Oktyabrın 4-də Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində avtomobili […]

Dünya

Ermənistan Hindistandan artilleriya mərmiləri alıb

Ermənistan Hindistandan artilleriya mərmiləri alıb. Məlumata görə, söhbət 155 mm-lik mərmilərdən gedir. Bildirilir ki, Ermənistan tərəfi qeyd olunan kaliberdə 21600 ədəd mərmi əldə edib. Vurğulanır ki, sursatların tədarükünün 2024-cü ilin sentyabrına qədər başa çatması planlaşdırılır. Mənbə: alphadefense.in Xeberal.az

Dünya

Macarıstan İsveç və Finlandiyanın NATO-ya qəbulu məsələsinə may ayında baxacaq

Macarıstan parlamenti may ayında İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədlərin ratifikasiyası məsələsi ilə bağlı iclas keçirəcək. Bunu Çexiyada səfərdə olan Macarıstan Prezidenti Katalin Novak deyib. “Macarıstan parlamenti təxminən mayın 17-də Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması məsələsini səsverməyə çıxaracaq”, – prezident bildirib. Novak NATO-nun genişlənməsi prosesini dəstəkləyib və parlamentariləri iki şimal ölkəsinin […]

Cəmiyyət

Beyləqanda meşə yanıb

Beyləqanda meşə massivində yanğın baş verib. APA-nın xəbərinə görə, yanğın hadisəsi rayonun Eyvazallar kəndinin yaxınlığında baş verib. Hadisə yerinə FHN-nin Beyləqan rayon yanğınsöndürmə bölməsinin 4 maşını cəlb olunub. Yanğınsöndürənlər alovun daha da geniş ərazilərə yayılmasının qarşısını alıblar. Yanğının başvermə səbəbi araşdırılır. Xeberal.az

Cəmiyyət

Ekspertdən həyəcan təbili: “Həkimlərin əlini kəssən də, yazmaz ki, adam nədən zəhərlənib” – VİDEO

“Həkimlərin əlini kəssən də, yazmaz ki, adam nədən zəhərlənib”. Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri sədri Eyyub Hüseynov deyib. O qeyd edib ki, 26 ildir zəhərlənmədən əlil olan insanlara kompensasiyanın verilməsinə nail ola bilməyiblər. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az