Siyasət

Ağ Evin müxbiri: “Qarabağda etnik ermənilərə qarşı humanitar blokadaya dair xəbərlər əsassızdır” – VİDEO

“Mən son bir neçə gündə Laçın yoluna çoxsaylı elan edilməmiş səfərlər etmişəm və təchizat yük maşınları ilə Qırmızı Xaç avtomobilləri də daxil olmaqla, çoxsaylı nəqliyyat karvanlarının rahatlıqla keçdiyinin şahidi olmuşam”. Bunu sosial şəbəkə səhifəsində “Ami Magazine” jurnalının Ağ Evdə akkreditə olunmuş müxbiri Ceyk Törks bildirib. O əlavə edib ki, Qarabağda etnik ermənilərə qarşı humanitar blokadaya dair […]

Siyasət

Qərbi azərbaycanlıları son anda xilas edən möcüzə – VİDEO

“Anamı Göyçədə dəfn etmişdik. Ermənilər bütün qəbirləri dağıdıblar”. Bunu 91 yaşlı Qərbi Azərbaycan sakini Novruz İsmayılov Baku TV-də yayımlanan Qərbi Azərbaycan xronikası verilişinə açıqlamasında deyib. O qeyd edib ki, Qərbi Azərbaycanın bir çox kəndlərində yalnız Azərbaycanlılar yaşayırdı, erməniləri daha sonra oraya köçürülüblər. Ətraflı verilişi təqdim edirik: Xeberal.az

İdman

PFL rəsmisi “Vilyarreal”ın oyununa təyinat aldı

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov növbəti dəfə təyinat alıb. PFL-in rəsmi saytında verilən məlumata görə, o, Belçikada “Anderlext” və İspaniyanın “Vilyarreal” komandaları arasında keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, martın 9-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Xeberal.az

Cəmiyyət

İrandan gələn ağrıkəsicilər infarkta səbəb olur? – AÇIQLAMA + VİDEO

Son günlər sosial şəbəkələrdə İrandan gətirilən ağrıkəsicilərin gənclər arasında infarkta səbəb olmasına dair məlumat yayılıb. Kardioloq Firdovsi İbrahimov bildirib ki, fəsadlara olan dərmanlar İrandan gələn nəqliyyat vasitələrinin sürücülərinə aldırırlar: “Onlar adi ağrıkəsici deyil, xəstələrdə alışqanlıq yaradır”, – deyə F.İbrahimov qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

İdman

Əliyar Ağayevin təyinat aldığı oyun qatar qəzasına görə təxirə salındı

Bu gün “Olimpiakos” və AEK komandaları arasında keçirilməli olan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu təxirə salınıb. Pirey təmsilçisinin rəsmi saytında verilən məlumatına görə, buna Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəb olub. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb. Hələlik qarşılaşmanın yeni tarixi açıqlanmayıb. İlk matçda AEK […]

Şou-Biznes

Hollivud ulduzu xərçəng idi, daha bir sağalmaz xəstəliyə tutuldu

Hollivud ulduzu Kristina Epplqeyt aktyorluq karyerasına son verdiyini açıqlayıb. 51 yaşlı aktrisa dağınıq skeleroz xəstəliyinə tutulduğunu və müalicəsinin olmadığını bildirib. Lent.az xarici mediaya istinadən bildirir ki, aktrisa bu barədə SAG Awards 2023 kino mükafatlarının təqdimat mərasimində məlumat verib. O bir daha cəmiyyət arasına çıxmayacağını da təəssüflə söyləyib. Aktrisanın xəsətliyi özü ilə bərabər yeriyərkən tarazlığın itməsi, zəif […]

Siyasət

Kubanın Vitse-prezidenti: “Azərbaycanın torpaqlarını azad etməsi tam ədalətlidir” – FOTO

Martın 1-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova bu səfərin ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. Milli Məclisin sədri bildirib […]

Siyasət

Ukraynalı deputatların Bakı görüşləri davam edir – FOTO

Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri davam edir. Oxu.Az xəbər verir ki, parlamentlərarası dostluq qrupunun həmsədri Volodımır Kreydenko, millət vəkilləri Mikola Qaluşko və Anton Şvaçko, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovdan ibarət nümayəndə heyəti bu gün Ticarət və Sənaye Palatasının vise-prezidenti Nazim Tatlıyevlə görüşüb. Söhbət zamanı […]

Dünya

Yaponiyada uşaqlar arasında intihar hallarının sayında rekord

Yaponiyada 2022-ci ildə uşaqlar arasında intiharların sayı 2021-ci ilə nisbətən artaraq bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən il 512 məktəbli intihar edib ki, bu da 2021-ci illə müqayisədə 39 nəfər çoxdur. Təhsil naziri Keiko Naqaoka bələdiyyə təhsil komitələrinə uşaqlarda intihar etmək istəyini göstərən təhlükə əlamətlərini axtarmaqda səy […]

Siyasət

Ramin Məmmədov Qarabağ erməniləri ilə ilk görüş barədə: “Təmas baş tutdu” – VİDEO

Azərbaycan tərəfi artıq 44 günlük müharibədən dərhal sonra Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərlə görüşmək təşəbbüsləri ilə çıxış edib. Bunu Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilən Ramin Məmmədov bildirib. O, “Caliber” “YouTube” kanalına açıqlamasında bugünkü görüşün müzakirə mövzuları barədə məlumat verib. “Bu gün belə […]