Dünya

Yaponiyada uşaqlar arasında intihar hallarının sayında rekord

Sharing is caring!

Yaponiyada 2022-ci ildə uşaqlar arasında intiharların sayı 2021-ci ilə nisbətən artaraq bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ötən il 512 məktəbli intihar edib ki, bu da 2021-ci illə müqayisədə 39 nəfər çoxdur.

Təhsil naziri Keiko Naqaoka bələdiyyə təhsil komitələrinə uşaqlarda intihar etmək istəyini göstərən təhlükə əlamətlərini axtarmaqda səy göstərmələrini tapşırıb.

Bundan əlavə, Naqaoka valideynlərlə əlaqə yaratmağa da çağırıb, çünki uşaqlar yaxınlıqda onlara kömək edə biləcək bir yetkinin olacağını bilməlidirlər.

Mənbə: NHK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir