Cəmiyyət

Gəncədə avtomobil piyadanı vuraraq öldürdü

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən gənc oğlanı avtomobil vurub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Şou-Biznes

Beyonsun Kim Kardaşyandan niyə zəhləsi gedir?

Beyons Kim Kardaşyanın yaxınlaşmaq, dostluq qurmaq cəhdlərinin qarşısını qətiyyətlə alır. Bunun səbəbi nədir? Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Beyons repçi CZ ilə evli olarkən Kardaşyanın əri Kanye Uest bu cütlüyü müntəzəm tənqid edirdi. Məhz buna görə ulduz cütlüklər bir növ mehriban düşmən vəziyyətinə düşmüşdülər. Əvvəlcə dost olan CZ və Kanye Uestin dostluqları pozulduqdan sonra […]

Siyasət

Azərbaycan Prezidenti Qarabağın bərpasında iştiraka görə Şavkat Mirziyoyevə təşəkkür edib

“Mən Özbəkistana səfərlərimi böyük səmimiyyətlə, göstərilən qonaqpərvərliyi xoş duyğularla xatırlayıram”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşündə deyib. Qarabağın bərpasında iştiraka görə bir daha təşəkkürümü bildirən dövlətimizin başçısı qeyd edib ki, bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir. “Bu, Sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən […]

Siyasət

İlham Əliyev: “Ötən il Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında rekord il olub”

“Zənnimcə, ötən il münasibətlərimizin inkişafında rekord il olub. Mən üç dəfə Özbəkistana səfər etmişəm. Bu il Sizin səfərinizlə başlayır. Əminəm ki, bu il bir neçə görüş keçirəcəyik. Çünki müzakirə olunası çox məsələ, çoxlu mövzular var”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşündə söyləyib. “Ən başlıcası, bizim […]

Siyasət

İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: – Hörmətli Şavkat Miromonoviç, xoş gəlmisiniz. Vaxt tapıb Azərbaycana səfər etdiyiniz üçün sağ olun. Birlikdə mühüm beynəlxalq tədbirdə iştirak edəcəyik, lakin həm də görüşmək, söhbət etmək və bizim əvvəlki görüşlərimiz zamanı da razılığa […]

Dünya

Kiyev səmasında naməlum obyekt göründü: Hava həyəcanı siqnalı verildi

Ukraynanın Kiyev vilayətinin səmasında naməlum hava obyekti aşkar edilib. Bu səbəbdən bölgədə və Kiyevdə hava həyəcanı elan edilib. Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyası məlumat verib. “Səmada hava obyekti aşkar edildi. Bununla bağlı hava hücumundan müdafiə qüvvələrinin işə salınması mümkündür”, – deyə administrasiyanın məlumatında qeyd edilib. Kiyev sakinləri həyəcan siqnalı bitənə qədər sığınacaqlarda və ya […]

Dünya

Fransada valideynlərə qadağa: Övladlarının şəkillərini paylaşmaları məhdudlaşdırıla bilər

Fransada uşaqların qorunması ilə bağlı yeni qanun layihəsi qəbul edilə bilər. Qanunda uşaqların fotolarının valideynləri tərəfindən internetdə həddindən artıq paylaşılmasının məhdulaşdırılması nəzərdə tutulur. Fransa Milli Assambleyanın Məhkəmə-Hüquq Komitəsinin üzvləri uşaqların hüquqlarının müdafiəsini nəzərdə tutan bu qanun layihəsini yekdilliklə təsdiqləyiblər. “Valideynlərə verilən mesaj ondan ibarətdir ki, uşaqlarının özəl həyatını qorumaq onların məqsədi olmalıdır”, – deyə qanun […]

Siyasət

İlham Əliyev İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb. AZƏRTAC xəbər verir ki, ölkəmizdə olmaqdan məmnunluğunu bildirən Əbdüllətif Camal Rəşid Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. İraq Prezidenti Qoşulmama Hərəkatının indiki dövrdə beynəlxalq münasibətlərdə xüsusilə çox böyük rola malik […]

Dünya

Suriyada zəlzələdən sonra vəba epidemiyası baş qaldırdı: Ölənlər var

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlər Suriyanın şimalında da fəsadlar törədib. Ölkənin şimal-qərbinə nəzarət edən müxalif qrupların tərkibindəki mülki müdafiə heyəti bölgədə başlayan vəba epidemiyasında 2 nəfərin həyatını itirdiyini açıqlayıb. Şiddətli ishal və qusma kimi əlamətlərlə özünü göstərən vəba xəstəliyinin çox yoluxucu və ölümcül olduğu qeyd edilib. Mülki müdafiə qrupu onu da qeyd edib ki, […]