Dünya

Perunun dövlət qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub

Perunun rəsmi dövlət qəzeti və ən nüfuzlu mətbu orqanı olan “El Peruano”da Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı məqaləsi dərc olunub. Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, məqalədə erməni təcavüzünün tarixi və Xocalıda törədilmiş soyqırımı barədə məlumat verən səfir, bu amansız qətliam zamanı onlarla azyaşlı uşaq və qadınlar da daxil […]

Cəmiyyət

DYP-dən sürücülərə bəzi küçələrlə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) paytaxt sakinləri və sürücülərə müraciət edib. Oxu.Az-ın xəbərinə görə, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli deyib ki, 1-3 mart 2023-cü il tarixdə Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulub. O bildirib ki, Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların əsas […]

Cəmiyyət

Azərbaycan könüllüləri zəlzələ bölgəsindəki zərərçəkən ailələrin və uşaqların qayğısına qalırlar – FOTO

Türkiyədəki zəlzələdən sonra qardaş ölkəyə yardım məqsədi ilə yollanan azərbaycanlı gənclər yerli sakinlərin ən böyük dəstəkçilərindən birinə çevriliblər. Azərbaycanlı könüllü gənclər harada onların dəstəyinə ehtiyac varsa, dərhal həmin düşərgələrə, çadırlara, səyyar məntəqələrə, habelə ucqar kəndlərə gedir, yerli sakinlərə humanitar fəaliyyətlərin çatdırılmasında fəal şəkildə iştirak edirlər. Eyni zamanda Azərbaycan könüllüləri fəlakətdən zərər görmüş bölgələrdəki çadır şəhərciklərində, […]

Cəmiyyət

ATU-dan Bakıda maaşa görə etiraz edən tibb işçiləri barədə QƏRAR

Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının bir qrup əməkdaşının maaşlarını almaması məsələsinə münasibət bildirib.  Məsələ barədə ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-a açıqlamasında bildirib ki, ötən gün universitetin rektoru, professor Gəray Gəraybəyli və prorektorların iştirakı ilə şikayətçilərlə görüş olub: “Görüşün nəticəsində Elmi Şura keçirildi və xüsusi bir vəziyyət olaraq, qərar qəbul olundu ki, işçilərin […]

Cəmiyyət

Azərbaycanda doqquz mərtəbədən hündür binaların tikintisi dayandırıla bilər – FOTO

“Azərbaycanda doqquz mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir”. Banker.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, çoxmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb. “Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində doqquz mərtəbədən hündür binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik zonada yerləşdikləri […]

Cəmiyyət

Bakıda kişi yeniyetməni bıçaqla hədələyib telefonunu əlindən aldı

Bakıda 14 yaşlı oğlan bıçaqla hədələnib, telefonu əlindən alınıb. “Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Yeniyetmənin anası polisə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs evlərinin yaxınlığında 14 yaşlı oğlunu bıçaqla xəsarət yetirəcəyi ilə hədələyərək 400 manat dəyərində mobil telefonunu alaraq uzaqlaşıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən şəxsin Zöhrab […]

Cəmiyyət

21 il əvvəl ölən adamın adına cərimə gəldi – FOTO

Azərbaycanda 21 il əvvəl ölən adamın adına cərimə protokolu tərtib olunub. “Unikal”ın məlumatına görə, 20-BO-232 dövlət qeydiyyat nişanlı VAZ-21063 markalı avtomobil texniki baxışdan keçirilmədiyinə görə kamera vasitəsilə 50 manat məbləğində cərimə olunub. Cərimə protokolu 21 il əvvəl dünyasını dəyişən Namazov Oktay Muxtar oğlunun adına ötən il göndərilib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis […]

Dünya

ABŞ FTB: “Koronavirus Uhandakı laboratoriyadan sızmış ola bilər”

“ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) koronavirus pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan sızma nəticəsində yarana biləcəyini düşünür”. Bu barədə FTB direktoru Kristofer Rey açıqlama verib. “Bir müddətdir ki, FTB pandemiyanın mənbəyinin Uhandakı laboratoriya prosesindən qaynaqlana biləcəyini ehtimal edir”, – deyə o qeyd edib. O vurğulayıb ki, söhbət Çin hakimiyyəti tərəfindən idarə olunan laboratoriyada baş verən mümkün […]

Kriminal

Siyəzəndə 71 yaşlı kişinin çürümüş meyiti aşkarlanıb

Siyəzəndə evdə çürümüş kişi meyiti tapılıb. “Report” xəbər verir ki, hadisə Siyəzən şəhəri, Orucəli Qoçəliyev küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1952-ci il təvəllüdlü Nurəddin Manafovun meyiti yatağında çürümüş vəziyyətdə aşkar edilib. Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır. Xeberal.az

Dünya

Adıyamanda zəlzələ olub

Türkiyənin Adıyaman şəhərinin Tut rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yerli vaxtla saat 07:15-də baş verən zəlzələnin dərinliyi 6,4 kilometr olub. Zəlzələ ətraf rayonlarda da hiss olunub. Xeberal.az