Cəmiyyət

ATU-dan Bakıda maaşa görə etiraz edən tibb işçiləri barədə QƏRAR

Sharing is caring!

Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının bir qrup əməkdaşının maaşlarını almaması məsələsinə münasibət bildirib. 

Məsələ barədə ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-a açıqlamasında bildirib ki, ötən gün universitetin rektoru, professor Gəray Gəraybəyli və prorektorların iştirakı ilə şikayətçilərlə görüş olub:

“Görüşün nəticəsində Elmi Şura keçirildi və xüsusi bir vəziyyət olaraq, qərar qəbul olundu ki, işçilərin ikiaylıq maaşı universitetin büdcəsindən ödənilsin. Bu gün onlar maaşlarını alacaqlar”.

O qeyd edib ki, Tədris Terapevtik Klinikasının kommunal xərcləri də ödəniləcək:

“Şikayətçilərin digər şikayət etdikləri məsələlərlə bağlı araşdırma aparılır”.

Qeyd edək ki, dünən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının bir qrup əməkdaşı hüquqlarının pozulduğunu, uzun zamandır maaşlarını ala bilmədiklərini və təhdid edilərək öz hesablarına məzuniyyətə göndərildiklərini qeyd ediblər.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir