Cəmiyyət

Ağalı kəndinə növbəti mərhələdə köçürülən ailələr müayinə ediliblər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zəngilan rayonunun Ağalı kəndinə növbəti mərhələdə köçürülən ailələri tibbi müayinələrdən keçirib. “Report” xəbər verir ki, tibbi müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzində, Abşeron Rayon Mərkəzi Xəstəxanasında və Sabunçu Tibb Mərkəzində aparılıb. Ümumilikdə 73 nəfərin biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri həyata keçirilib. […]

Cəmiyyət

Maştağada qardaşının həyətinə qumbara atan şəxs hökmdən narazıdır

Bakıda qardaşını qumbara ilə öldürməyə cəhddə təqsirləndirilən Ramin İsakov barəsindəki hökmdən apellyasiya şikayəti verib. Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir. Şikayət hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası martın 2-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum […]

Cəmiyyət

Çay evində mahnıya görə iki nəfəri bıçaqlayanla bağlı qərar verildi

Ali Məhkəmədə Mingəçevirdə iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Novruz Bədəlovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə […]

Cəmiyyət

Sədərəyin gömrük rəisi vəzifəsindən uzaqlaşdırıldı

Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük Postunun rəisi vəzifəsindən uzaqlaşdırılıb. APA-nın Naxçıvan bürosunun əldə etdiyi məlumata görə, Nicat Mahmudov öz ərizəsi ilə işdən azad edilib. Artıq postun yeni rəisinin də adı məlumdur. Belə ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub. Xeberal.az

Mədəniyyət

Vaqif Mustafazadə ilə albom yazdırmış məşhur gürcü cazmen vəfat edib – FOTO

Tanınmış gürcü bəstəkar, musiqiçi, cazmen Tamaz (Tatuza) Kuraşvili 75 yaşında vəfat edib. Bu barədə məlumatı musiqiçinin dostları yayıblar. Qeyd edək ki, 1970-ci illərdə Tbilisi Dövlət Konservatoriyasında təhsil alan Tamaz Kuraşvili “Diello” Filarmoniya Ansamblının (1968-1969), “Çanqi” Ansamblının (1970), Radio və Televiziya Komitəsinin estrada orkestrinin solisti (1968-1982), caz ansamblının rəhbəri (1979), Estrada Simfonik Orkestrinin baş dirijoru və […]

Dünya

Papua-Yeni Qvineyada 6,3 bal gücündə zəlzələ baş verib

Papua-Yeni Qvineya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Kimbe şəhərindən 108 km şimal-qərbdə yerləşib. Şəhərdə 18,8 min nəfərə yaxın insan yaşayır. Zəlzələ ocağı yerin 607 km dərinliyində yerləşib. Dağıntı və itkilər barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

İmişlidə qanunsuz ov edən Küveyt vətəndaşları cəzalandırılıblar

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıblar. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Xalid Alsaid və Ahmad Aluda olduqları müəyyən edilib. “Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”, – o deyib. Xeberal.az

Siyasət

Azərbaycanın ilk milli xəbər agentliyi 103 yaşında – FOTO

Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın 103 yaşı tamam olur. Ötən bir əsrdə Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan SSR, onu isə müstəqil Azərbaycan Respublikası əvəzlədi. Əgər agentliyin bu illər ərzindəki bütün xəbərlərini, fotolarını bir yerə toplamaq olsaydı, ölkəmizin və xalqımızın həyatının bitkin mənzərəsi yaranardı. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları milli xəbər agentliyinin yaradılmasının zəruriliyini yaxşı anlayırdılar. Hökumət […]

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi şərti yanğın təlimi keçirib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 ünvanında yerləşən “Klasskom 2011” MMC-yə məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib. Bu barədə FHN məlumat yayıb. Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı […]

Cəmiyyət

Türkiyə şirkətinin Azərbaycan filialının rəhbəri maliyyə fırıldaqçılığına görə işdən azad edilib

Türkiyənin “Azinfo Dış Ticaret Anonim Şirkəti”nin Azərbaycandakı filialının qanuni təmsilçisi Pərviz Əlimurtuza oğlu Əliniyazzadə maliyyə fırıldaqçılığına görə işdən azad edilib. “Report” xəbər verir ki, bu barədə şirkətin tərəfdaşlarına müraciətində bildirilib. “Azinfo Dış Ticaret Anonim Şirkəti” araşdırmalar sona çatana qədər şirkətlə müqavilə əsasında, yaxud hər hansı bir formada iş birliyi quran təşkilat və şirkət rəhbərlərindən bunu nəzərə […]