Cəmiyyət

Çay evində mahnıya görə iki nəfəri bıçaqlayanla bağlı qərar verildi

Sharing is caring!

Ali Məhkəmədə Mingəçevirdə iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Novruz Bədəlovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hadisə 2021-ci il dekabrın 4-ü saat 20 radələrində Mingəçevir şəhərində, çay evlərinin birində qeydə alınıb.

Belə ki, Ömər Alxanov və Fikrət Əhmədovun Novruz Bədəlov, Ruslan Hüseynov, Hüseyn Həsənli ilə aralarında dava düşüb. Nəticədə N.Bədəlov üzərində gəzdirdiyi cib bıçağı ilə Ö.Alxanovla F.Əhmədovu bıçaqlayıb.

Faktla bağlı Mingəçevir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-ci (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb, N.Bədəlov şübhəli şəxs qismində saxlanılıb.

İttihamda göstərilib ki, N.Bədəlov musiqiçilərə yaxınlaşıb, kafedə işləyən və zərərçəkmişlərdən biri ilə münasibətdə olan, “Günay” ləqəbi ilə tanıdığı qadının şərəfinə “Günayım” adlı mahnını sifariş edib. Daha sonra tərəflər arasında mübahisə düşüb. Nəticədə o, çay evində iki nəfəri bıçaqlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir