Cəmiyyət

İmişlidə qanunsuz ov edən Küveyt vətəndaşları cəzalandırılıblar

Sharing is caring!

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıblar.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Xalid Alsaid və Ahmad Aluda olduqları müəyyən edilib.

“Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”, – o deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir