Dünya

Batareyaları dəyişdirilə bilən elektromobilin satışına başlanıldı – FOTO

Çində akkumulyatorunu cəld dəyişdirmək imkanına malik “Rising Auto R7” elektromodelinin satışına başlanılıb. Kupe formalı avtomobilin uzunluğu demək olar ki, 5 metrdir. Ölçülərinə görə o, “Hyundai Palisade”a bənzəyir. Elektrik avtomobili həm bir mühərrikli, həm də tam ötürücülü iki mühərrikli versiyada mövcuddur. İkinci modifikasiyada elektrik stansiyası 536 at gücünə malikdir. O, avtomobilə 100 km/saatadək cəmi 3,8 saniyəyə […]

Dünya

Paris Hilton ana olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

Amerikalı aktrisa və model Peris Hilton musiqi prodüseri Klayv Devisin qala gecəsinin qonağı olub. 41 yaşlı məşhur tədbirə əri Karter Reumla birlikdə gəlib. Cütlük oğulları doğulduqdan sonra ilk dəfə ictimaiyyət qaşısına çıxıb. Qeyd edək ki, uşaq yanvarın sonunda surroqat ana sayəsində dünyaya gəlib. Paris Hilton şad xəbəri sosial şəbəkədə paylaşıb. Xatırladaq ki, model 2021-ci ilin […]

İdman

“Barselona” “Sevilya”nı darmadağın etdi – VİDEO

İspaniya La Liqasının 20-ci turunda “Barselona” “Sevilya”nı qəbul edib. Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların 3:0 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bütün qollar matçın ikinci hissəsində vurulub. “Barselona” – “Sevilya” 3:0 Qol: J.Alba, 58, Gavi, 70, Rafinya, 79.  Bu nəticə ilə xallarının sayını 53-ə çatdıran “Barselona” liderliyini davam etdirib. “Sevilya” isə 21 xalla 16-cıdır. Xeberal.az

İdman

“İnter” “Milan” derbisinin qalibi məlum oldu – VİDEO

İtaliya A Seriyasının XXI turunda Milan derbisində “İnter” doğma meydanda “Milan”a 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşma “Cüzeppe Meatsa” stadionunda baş tutub. Oyunun 34-cü dəqiqəsində Lautaro Martines “İnter”in qoluna imza atıb. O, Hakan Çalhanoğlunun küncdən ötürdüyü topu dəqiq zərbə ilə tora qovuşdurub. Sonuncu dəfə komandalar ötən ay görüşüb. İtaliya Superkubokunun oyununda “neradzurri” üstün olub. Onlar prinsipial […]

Dünya

Liz Trass Britaniyanın baş naziri postundan getməsinin səbəblərini açıqladı

Vəzifədə qalması müddətinə görə antirekord vuran Böyük Britaniyanın keçmiş baş naziri Lis Trass bu postu “iqtisadi mühafizəkarlıq” və “artım planı”nın uğursuzluğuna görə tərk etdiyini bildirib. “Baş verənlərə görə günahsız olduğumu demirəm, amma əslində çox güclü iqtisadi qurum, siyasi dəstəyin olmadığı bir şəraitdə mənə öz siyasətimi həyata keçirmək üçün real şans vermədi. Proqramıma sistemdən müqavimət gözləsəm […]

Dünya

Yaponiyada ilk dəfə dövlət idarəsi paytaxtdan köçürüləcək

Yaponiya Mədəniyyət İşləri Agentliyi 2023-cü ilin martında hökumətin regionu canlandırmaq təşəbbüsünün bir hissəsi olaraq Tokiodan Kiotoya köçəcək. Bu, son yüz ildə mərkəzi hökumət idarəsi üçün ilk belə addımdır. Qərar səbəb Yaponiyanın mədəniyyət paytaxtı hesab edilən Kyoto ilə Tokio arasındakı məsafədir. Belə ki, iş öhdəliklərinə görə agentlik əməkdaşları iki şəhər arasındakı səyahətə çox vaxt sərf etməli […]

Dünya

Varşava hava limanında “Patriot” raketləri quraşdırılacaq – FOTO

Polşanın hakimiyyət orqanları Varşava-Babitsa hava limanında “Patriot” zenit-raket kompleksi yerləşdirəcəklər. Bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşçak məlumat verib. O, bildirib ki, bu, 3-cü Varşava zenit-raket briqadasının əsgərlərinin təlimində mühüm elementdir. Qeyd edək ki, Polşa “Visla” orta mənzilli hava hücumundan müdafiə proqramı üçün əsas kimi “Patriot” sistemini seçib. Ölkə ordusu iki “Patriot” batareyası (16 buraxılış […]

Cəmiyyət

Gəncədə 52 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən piyada 1971-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğlunu avtomobil vurub. Piyada ağır xəsarət alıb və xəstəxanaya aparılıb. Lakin tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Avstraliyada buddist məbədi yandı – VİDEO

Avstraliyanın Melburn şəhəri kənarında yerləşən ikimərtəbəli buddist məbədində güclü yanğın baş verib. Məlumata görə, yanğının söndürülməsinə 150-yə yaxın yanğınsöndürən cəlb olunub. Qeyd olunur ki, yerli yanğınsöndürmə və xilasetmə xidməti ətraf rayonların sakinlərinə xüsusi xəbərdarlıq edib. Onlara evlərini tərk etməmək, bütün çölə açılqan qapı və pəncərələri bağlamaq, istilik və soyutma sistemlərini söndürmək tövsiyə olunub. Bildirilir ki, […]