Dünya

Liz Trass Britaniyanın baş naziri postundan getməsinin səbəblərini açıqladı

Sharing is caring!

Vəzifədə qalması müddətinə görə antirekord vuran Böyük Britaniyanın keçmiş baş naziri Lis Trass bu postu “iqtisadi mühafizəkarlıq” və “artım planı”nın uğursuzluğuna görə tərk etdiyini bildirib.

“Baş verənlərə görə günahsız olduğumu demirəm, amma əslində çox güclü iqtisadi qurum, siyasi dəstəyin olmadığı bir şəraitdə mənə öz siyasətimi həyata keçirmək üçün real şans vermədi. Proqramıma sistemdən müqavimət gözləsəm də, onun miqyasını düzgün qiymətləndirmədim”, – Böyük Britaniyanın keçmiş baş naziri deyib.

Trass Mühafizəkar Parlament Partiyası daxilində daha az vergilərlə daha az tənzimlənən iqtisadiyyata keçid planına qarşı müqavimət səviyyəsini də lazımınca qiymətləndirmədiyini söyləyib.

“Kampaniya zamanı dediyim kimi, artıma nail olmaq istəyirdim Lakin bu, Xəzinədarlıq Departamentinin instinktiv fikirlərinə və ya daha geniş iqtisadi ekosistemə uyğun gəlmirdi”, – o bəyan edib.

Xatırladaq ki, oktyabrın 19-da Liz Trass Britaniyanın baş naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, bu vəzifədə cəmi 44 gün çalışıb. Onun baş nazirlik müddəti Britaniya tarixində ən qısa müddətli olub.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir