İdman

“Qalatasaray” “Trabzonspor”u geridönüşlə məğlub etdi – VİDEO

Türkiyə Superliqasında 22-ci turun mərkəzi oyunu başa çatıb. Hazırda turnir cədvəlinin lideri olan “Qalatasaray” son çempion “Trabzonspor”u qonaq edib. Okan Burukun yetirmələri üçün cari mövsümdə işləri heç də qaydasında getməyən qara dənizlilərlə mübarizəsi heç də asan olmayıb. Belə ki, görüşün artıq 12-ci saniyəsində müdafiəçinin səhvindən sonra hesabı açan Maksi Qomes adını Superliqada ikinci ən erkən qolun […]

İdman

Keyn “Tottenhem”in rekordçusu oldu

Hücumçu Harri Keyn Premyer Liqada “Mançester Siti” ilə ev oyununda “Tottenhem”in 267-ci qolunu vuraraq, 1966-cı il dünya çempionu Cimmi Qrivsin klub rekordunu üstələyib. Keyn 15-ci dəqiqədə hesabı açıb. 29 yaşlı forvard 2011-ci ildən London klubunda çıxış edir. O, komandanın heyətində 415 oyun keçirib. Üç dəfə İngiltərə çempionatının bombardiri olan futbolçu bu mövsüm 16 qol vurub. […]

Dünya

Bəzi ölkələr Kabildəki səfirliklərini bağlamaq qərarına gəliblər

Bir sıra ərəb və Qərb ölkələrinin hakimiyyət orqanları Əfqanıstanın paytaxtında diplomatik nümayəndəliklərini bağlamaq qərarına gəliblər. Onların fikrincə, bu qərara səbəb “təhlükəsizlik sahəsində təhdidlər” olub. Məhz hansı ölkələrin Kabildəki səfirliklərinin işini dayandırmaq qərarına gəldiyini açıqlamayıb. Qeyd edək ki, fevralın 1-də Səudiyyə Ərəbistanının Kabildəki səfirlik əməkdaşlarını Əfqanıstandan təxliyə etdiyi bildirilib. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub

Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub. “Buta Airways” aviaşirkətinin Mətbuat xidmətindən verilən məlumata görə, “Buta Airways”in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib. Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş […]

İqtisadiyyat

“40 manata da arayış olar?” – ARAŞDIRMA + FOTO

Əvvəllər sürücülük vəsiqəsi almaq üçün tələb olunan tibbi arayış 30, sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış  üçün qiymət 15 manat təşkil edirdi. Ötən ilin sonundan hər ikisi üçün dövlət rüsumu 40 manat 12 qəpik təyin edildi. Beləliklə, bu arayışı almaq üçün müraciət edənlər qiymətlə tanış olduqda “40 manata da arayış olar?” sualını verirlər. “Kaspi” […]

Dünya

Netanyahu ölüm təhdidlərilə bağlı polisə müraciət etdi

İsrailin baş naziri Benyamin Netanyahu hüquq-mühafizə orqanlarına müraciət edərək, onun öldürülməsi təhlükəsi ilə bağlı tədbir görməyi xahiş edib. “Bu gün biz baş nazirə qarşı açıq-aşkar sui-qəsd təhdidi eşitdik və gördük”, – deyən Netanhu, son bir neçə həftə ərzində məmurlara qarşı artan təhrik dalğasının olduğunu dilə gətirib. “Bu, demokratiya üçün real təhlükədir. Mən hüquq-mühafizə orqanlarının və […]

İdman

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu gümüş medal qazanıb

Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev gümüş medal qazanıb. Oxu.Az xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında niderlandlı idmançı Noel Van Endə məğlub olub. Murad Fətiyev həlledici görüşə qədər ardıcıl olaraq Aydar Arapov (Qazaxıstan), Pol Kibikai (Qabon), Loris Tassyer (Fransa), Tiqo Renes (Niderland) və Luka […]

İdman

Evli qadınlar arasında “Kainat gözəli”nin qalibi məlum olub – FOTO

Udmurtiya sakini Yelena Maksimova evli qadınlar arasında keçirilən “Kainat gözəli” beynəlxalq gözəllik müsabiqəsinin əsas titulunu alıb. Bu il müsabiqə yanvarın 30-dan fevralın 5-dək Sofiyada keçirilib. Çin, Tailand, Filippin, Yaponiya, Hindistan, Belarus, Ukrayna, Almaniya, İspaniya, ABŞ və digər ölkələrdən 120 qadın müsabiqənin finalına çıxıb. 2007-ci ildən keçirilən yarışın tarixində ilk dəfə olaraq Rusiya təmsilçisi birinci yerə […]

Dünya

Aİ Gürcüstanı sanksiyalarla hədələdi

Avropa İttifaqı Gürcüstan hakimiyyətinə xəbərdarlıq edib ki, ölkə Rusiya ilə birbaşa uçuşları bərpa edərsə və Aİ-nin Moskvaya qarşı tətbiq etdiyi aviasiya sanksiyalarından yan keçərsə, sanksiyalara məruz qala bilər. Bu barədə Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano bildirib. “Avropa İttifaqı Gürcüstanı Aİ və digər ölkələrin Rusiyaya qarşı aviasiya sektorunda tətbiq etdiyi sanksiyalara qoşulmağa və sanksiyalardan […]

Kriminal

Gədəbəydə ata iki oğlunu bıçaqlayıb

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. 2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev əllərinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıblar. Hadisənin hansı səbəbdən baş verdiyi məlum […]