Cəmiyyət

Ceni Bojak: “Qarabağda dağıdılmış tikililəri görmək dəhşətlidir”

“Qarabağı, azad olunmuş əraziləri gəzərkən dağıdılmış tikililəri görmək dəhşətlidir. Bu səyahət mənə böyük təcrübələr qazandırdı. Dağıntıları kənara qoysaq, bu bölgənin möhtəşəm təbiəti və gözəl mənzərələri var”. Bu sözləri AZƏRTAC-a müsahibəsində Qarabağda səfərdə olan britaniyalı səyyah Ceni Bojak söyləyib. Doğum gününü Azərbaycanda qeyd etməsinin onun üçün böyük sevinc olduğunu bildirən C.Bojak bildirib: “Əminəm ki, bu ərazilər qışda […]

Siyasət

Məntəqə üzrə seçici siyahılarının DSK-lara təqdim edilməsi üçün müddət başa çatır

Bu gün məntəqə seçki komissiyalarının məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını müvafiq dairə seçki komissiyalarına təqdim etməsi üçün ayrılan müddət başa çatır. APA-nın xəbərinə görə, seçki qanunvericiliyinə əsasən, yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanılıb. Vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Bu […]

Siyasət

XİN qardaş ölkəyə başsağlığı ünvanladı – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Beynəlxalq səyyah qrupları Kəlbəcərdə. İstisunun gözəlliyi qonaqları heyran qoydu. Türkiyədə avtobus qəzası baş verdi. Xarici İşlər nazirliyi qardaş ölkəyə başsağlığı ünvanladı. Qışın oğlan çağında qazsız qalan Zaqatala sakinləri. Problemi həll edən tapılacaqmı? Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: Xeberal.az

İqtisadiyyat

Vergi tələbindən sonra vətəndaşlar banklardakı əmanətlərini çəkəcəklər? – ARAŞDIRMA + FOTO

Banklarda yerləşdirdiyimiz əmanətlərdən əldə etdiyimiz gəlir 7 il idi ki, vergidən azad idi. Bu müddət bitdi və fevralın 1-dən artıq əmanətlərdən əldə etdiyimiz gəlirin 10 faizi vergi olaraq bizdən tutulacaq. Güzəşt müddətinin bitməsi xəbəri yayılandan, narahatlıq dolu suallar da yaranmağa başladı. “Hamı pulunu banklardan çəkəcək” kimi fikirlər səsləndirilib. “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc […]

Dünya

Ukraynada müdafiə naziri dəyişə bilər

Ukraynanın müdafiə naziri Aleksey Reznikov tezliklə vəzifəsindən azad edilə bilər. Məlumata görə, Reznikovun yerini peşəkar hərbçi tutmalıdır. Variantlardan biri də Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovdur. Eyni zamanda, Reznikovun komandada qalacağı da planlaşdırılır, baxmayaraq ki, onun ədliyyə naziri postuna keçməsi haqda da məlumatlar var. Bildirilir ki, bu və digər kadr məsələləri bu gün […]

Siyasət

Ceyhun Bayramov Mövlud Çavuşoğlunu doğum günü münasibətilə təbrik edib – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə Azərbaycanın XİN başçısı “Twiter”də bildirib. “Bu gün, qardaş Türkiyə Respublikasının xarici işlər naziri dostum və həmkarım Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı 55 yaşının tamam olması münasibətilə onu ürəkdən təbrik etdim. Əziz qardaşıma yeni yaşında möhkəm cansağlığı, fəaliyyətində […]

İdman

“Real Madrid” səfərdən əli boş qayıtdı – VİDEO

La Liqada 20-ci turun oyunları davam edir. Bazar günü “Real Madrid” səfərdə “Malyorka” ilə qarşılaşıb. Oyunda hesabı açan paytaxt komandasının futbolçusu olsa da, qol ev sahibinin aktivinə yazılıb. Belə ki, Naço topu öz qapısına vurub. İkinci hissədə isə Asensio penaltidən yararlana bilməyib. Bununla da, “Kral klubu” səfərdən əli boş qayıdıb – 1:0.  Qeyd edək ki, tura […]

Siyasət

Ceyhun Bayramov İranda səfirliyə hücum zamanı yaralananları ziyarət edib – FOTO

“Həmkarlarımızla birgə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumunun qarşısının alınması zamanı yaralanmış əməkdaşlarını ziyarət etdik”. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov “Twitter”-də paylaşım edib. Nazir hazırda vəziyyətləri qənaətbəxş hesab olunan əməkdaşlara şəfa diləyib. Həmkarlarımızla birgə #Azərbaycan Respublikasının #İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumunun qarşısının alınması zamanı yaralanmış @AzEmbIran […]

Cəmiyyət

Niderlandlı səyyah: “Azərbaycanlılar Qarabağın bərpası üçün böyük işlər görürlər”

“Bu, mənim Azərbaycana ilk səfərimdir. İki gün ərzində burada bir çox şeyin şahidi oldum. Qarabağ bölgəsi çox gözəldir. Buraya gəldiyim və bu əraziləri gördüyüm üçün çox şadam”. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qarabağda səfərdə olan niderlandlı səyyah Hilo Terhorst ifadə edib. Azad olunmuş ərazilərdə tikinti işlərinin həyata keçirildiyini, binaların yenidən qurulduğunu vurğulayan səyyah deyib: “Buradakı hər şey […]