Cəmiyyət

Niderlandlı səyyah: “Azərbaycanlılar Qarabağın bərpası üçün böyük işlər görürlər”

Sharing is caring!

“Bu, mənim Azərbaycana ilk səfərimdir. İki gün ərzində burada bir çox şeyin şahidi oldum. Qarabağ bölgəsi çox gözəldir. Buraya gəldiyim və bu əraziləri gördüyüm üçün çox şadam”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qarabağda səfərdə olan niderlandlı səyyah Hilo Terhorst ifadə edib.

Azad olunmuş ərazilərdə tikinti işlərinin həyata keçirildiyini, binaların yenidən qurulduğunu vurğulayan səyyah deyib:

“Buradakı hər şey yeni səviyyəyə doğru irəliləyir. Azərbaycanlılar bu ərazilərin bərpası üçün böyük işlər görürlər. Azərbaycana yenidən səfər etmək niyyətindəyəm, çünki Bakını da görmək istəyirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir