Dünya

Zelenskidən bayram təbriki: “Qələbə ilimiz mübarək!” – FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə sakinlərini Yeni il münasibətilə təbrik edib. O, təbrik mesajını sosial şəbəkə səhifəsində paylaşıb. “Bu gün möcüzələr arzulayaq? Ukraynalılar onları çoxdan yaradırlar. Əsl dostlar arzulayaq? Biz onların kim olduğunu artıq dəqiqliklə öyrəndik. Səmimi sevgi arzulayaq? Bu il biz bunu həmişəkindən daha güclü hiss etdik. İnam və ümid arzulayaq? Hər ikisi də […]

Dünya

Macarıstanlı nazir: “Avropa Parlamenti mənəvi böhran yaşayır”

Aİ-nin qanunverici orqanı mənəvi böhran yaşayır. Bunu Macarıstanın ədliyyə naziri Cudit Varqa Avropa Parlamentində (AP) korrupsiya qalmaqalını şərh edərkən bildirib. “İndiyədək qurumlara və üzv dövlətlərə qarşı prosedurlardan siyasi şantaj aləti kimi istifadə edən Avropa Parlamenti hazırda mənəvi böhran yaşayır”, – deyə o qeyd edib. Nazirin sözlərinə görə, indi daha çox insan bu qurumun demokratiya çatışmazlığından […]

Cəmiyyət

Naxçıvanlılar Yeni ili 30 ilə yaxın müddətdən sonra ilk dəfə Vasif Talıbovsuz qarşıladılar – VİDEO

Naxçıvan əhalisi 30 ilə yaxın müddət ərzində ilk dəfə olaraq Yeni ili Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində olmadığı şəraitdə qeyd ediblər. Naxçıvanlılar 2023-cü ili musiqi sədaları altında rəqs edərək böyük coşqu ilə qarşılayıblar. Qeyd edək ki, dekabrın 22-də Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilməsi dair rəsmi […]

Siyasət

Prezident: “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir”

“Mən bu ili “Şuşa İli” elan etmişdim. Şuşanın 270 illiyini biz çox geniş və böyük təntənə ilə qeyd etdik. Gələn il isə “Heydər Əliyev İli” elan edilib”. AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib. “Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər […]

Siyasət

Prezident: “Azərbaycanın bərpaolunan enerji mənbələri dünya üçün də böyük əhəmiyyət kəsb edir”

“Bu il energetika sahəsində çox əlamətdar hadisələr baş verib. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanıb. Artıq bu memorandum icra edilir, Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. Bu ilin sonunda […]

Siyasət

Prezident İlham Əliyev: “Bütün bərpa işlərini öz hesabımıza aparırıq və aparacağıq”

“Biz ümid edirik ki, beynəlxalq donor təşkilatları öz diqqətini bizə də istiqamətləndirəcəklər. Çünki bu dərəcədə böyük dağıntılar tarixdə olmayıb”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. “Azərbaycan böyük ekoloji fəlakətlə, urbisidlə üzləşib. Ancaq əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bir manat, ya bir […]

Siyasət

Prezident: “Bu gün Azərbaycan iqtisadi və siyasi cəhətdən heç kimdən asılı olmayan nadir ölkələrdəndir”

“Bütün bu nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində söyləyib. Bu ilin iqtisadi göstəricilərinin postpandemiya dövrü […]

Siyasət

Bakı 2023-cü ili atəşfəşanlıqla qarşılayıb – FOTO

Dənizkənarı Milli Parkda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil olunub. Bayram atəşfəşanlığını yüz minlərlə insan maraqla izləyib. Dənizkənarı Bulvarda ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Bakının ən böyük əyləncə-istirahət məkanına xüsusi gözəllik verib. Bununla yanaşı, hələ bir neçə gün əvvəl şəhərin mərkəzi küçələri və parklar bəzədilib, yeni il ağacları qurulub. […]

Siyasət

İlham Əliyev: “Bu gün xaricdə yaşayan azərbaycanlılar müzəffər Azərbaycan övladları olmaları ilə fəxr edirlər”

“Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün soydaşlarımızı ənənəvi olaraq səmimiyyətlə salamlayır, onlara uğurlar arzulayıram. Onlar bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır”. AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün xaricdə yaşayan […]