Siyasət

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə keçirdiyi dinləmələr başa çatıb – FOTO

“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb. “Report” xəbər verir ki, yanvarın 31-də Haaqadakı Sülh sarayında keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib. Bundan sonra […]

İdman

“Neftçi”nin yeni transferi: “Oyunumla narazılığa son qoymağa çalışacağam”

“Hər futbolçunun özünə uyğun xarakteristikası var. Öz oyunumla burada hücumçularla bağlı narazılığa son qoymağa çalışacağam”. “Report”un məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Mateus Saldanya klubun rəsmi televiziyasına açıqlamasında deyib. Braziliyalı hücumçu “ağ-qaralar”a keçdiyi üçün xoşbəxt olduğunu bildirib: “Sabahkı oyunu səbirsizliklə gözləyirəm. Komanda yoldaşlarım və infrastrukturla tanış oldum. Bu, məni çox sevindirdi. Ümid edirəm ki, debütüm […]

Cəmiyyət

Naxçıvanda bir sıra sahələrdə əməkhaqqı ARTIRILDI

Naxçıvanda bir sıra sahələrdə əməkhaqqı artırılıb, ştat cədvəlləri yenilənib. Bu, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarında əksini tapıb. Nazirlər Kabinetinin 2023-cü il 25 yanvar tarixli Qərarı ilə “Dövlət büdcəsindən maliyyələşən və bir sıra təşkilatların işçilərinin aylıq vəzifə maaşları sxemləri təsdiq edilib. Adıçəkilən Qərara görə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikasının Maliyyə […]

Cəmiyyət

Lənkəranda yaşayış evində kişi meyiti tapıldı

Lənkəranda yaşayış evində kişi meyiti tapılıb. “Report” xəbər verir ki, meyit axşam saatlarında rayonun Vilvan kəndində yerli sakinlər tərəfindən aşkar edilib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaşayış evinə baxış keçiriblər. Meyitin İsmixan Məhkəmə oğlu Əzimova məxsus olduğu müəyyən edilib. Ölən şəxsin bir neçə ildir tək yaşadığı bildirilir. Ölümün səbəbini müəyyən etmək üçün meyit Məhkəmə […]

Cəmiyyət

Macarıstan Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək

Prezident İlham Əliyev yanvarın 30-da Macarıstana rəsmi səfər etdi. Bildiyimiz kimi Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkələrdir.  Prezidentin səfərindən sonra da ölkələr arasında ikitərəfli əməkdaşlıq dərinləşdirəcək. Eyni zamanda təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də iki ölkə bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi […]

Şou-Biznes

Keçmiş ərlərinin indiki həyat yoldaşları ilə dost olan ULDUZLAR

Məşhur simalar qəribə addımları ilə insanları təəccübləndirməyi sevir. Kimisi kliplərdəki obrazlarla, kimisi münasibətləri ilə və s. Deyirlər ki, boşanmaq, ayrılmaq asan deyil. Ancaq dost qalmaq mümkündür. Bəs bu, kimlər üçün keçərlidir? Lent.az xəbər verir ki, bu dəfə keçmiş sevgililərin indiki həyat yoldaşları ilə dost olan məşhurları sizə təqdim edəcəyik. Uzun müddətdir ki, model Miranda Kerr […]

Cəmiyyət

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edildi – FOTO

Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov həbs edilib. APA-nın əldə etdiyi xəbərə görə, general-mayor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib. Tofiq Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı […]

İdman

“Bavariya”nın yarımmüdafiəçisi “Mançester Yunayted”ə keçir

Marsel Zabitser “Bavariya”dan “Mançester Yunayted”ə keçir. Klublar yarımmüdafiəçini satın alma opsiyonu olmadan icarəyə götürmək barədə razılığa gəliblər. Futbolçunun ingilis klubu ilə şəxsi müqaviləsinin şərtləri razılaşdırılıb, “Bavariya” ilə anlaşma isə yaxın bir neçə saat ərzində bağlanacaq. Bildirilir ki, baş məşqçi Erik ten Haq Zabitseri “Mançester Yunayted”də görmək istəyir. Bu gün günorta avstriyalı artıq Münhendə komanda yoldaşları […]

Şou-Biznes

Azərin “TikTok”unu bağlatdıran KİMDİR?

Məşhur tiktoker, aparıcı Azər Zahidin "TikTok" səhifəsi bağlanıb. Lent.az xəbər verir ki, məlumatlara görə, o, "Təkərdə" şousunu yayımlayarkən, hesabı birdən silinib.  Bundan əlavə, onun səhifəsini qalmaqal yaşadığı tiktoker Səfər Eyvazovun bağlatdırdığı iddia olunur. Səfər "Instagram" hesabında bu haqda paylaşım da edib.  Qeyd edək ki, bundan öncə Azər Zahid aktrisa Pərvin Abıyevanın "TikTok" səhifəsini bağlatdırmışdı. Belə qalmaqalların adi […]

Cəmiyyət

Bakıda tələbə qız eyvandan yıxılaraq ölüb

Bakının Xətai rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb. APA xəbər verir ki, hadisə Naximov küçəsi 37 ünvanında qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Məmmədova Aytən Xalid qızı yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən yerində ölüb. Xeberal.az