Dünya

Macarıstanlı nazir: “Avropa Parlamenti mənəvi böhran yaşayır”

Sharing is caring!

Aİ-nin qanunverici orqanı mənəvi böhran yaşayır.

Bunu Macarıstanın ədliyyə naziri Cudit Varqa Avropa Parlamentində (AP) korrupsiya qalmaqalını şərh edərkən bildirib.

“İndiyədək qurumlara və üzv dövlətlərə qarşı prosedurlardan siyasi şantaj aləti kimi istifadə edən Avropa Parlamenti hazırda mənəvi böhran yaşayır”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, indi daha çox insan bu qurumun demokratiya çatışmazlığından əziyyət çəkdiyinə inanır ki, bu da öz növbəsində legitimliklə bağlı problem yaradır.

Varqa vurğulayıb ki, AP avropalılardan və onların gündəlik problemlərindən uzaqlaşıb və miqrasiya, COVID-19 pandemiyası, silahlı münaqişələr kimi böhran vəziyyətlərində Avropa Parlamenti problemin həllindən daha çox problemin bir hissəsisinə çevrilib.

Macarıstanın ədliyyə naziri xatırladıb ki, ölkə rəhbərliyi artıq qurumu “real siyasi legitimlik”lə təmin etmək üçün AP-yə seçkilər prosedurunun dəyişdirilməsini təklif edib.

“İstənilən halda, Avropa Parlamenti dəyişməlidir”, – deyə o, yekunlaşdırıb.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir