Dünya

Zelenskidən bayram təbriki: “Qələbə ilimiz mübarək!” – FOTO

Sharing is caring!

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə sakinlərini Yeni il münasibətilə təbrik edib.

O, təbrik mesajını sosial şəbəkə səhifəsində paylaşıb.

“Bu gün möcüzələr arzulayaq? Ukraynalılar onları çoxdan yaradırlar. Əsl dostlar arzulayaq? Biz onların kim olduğunu artıq dəqiqliklə öyrəndik. Səmimi sevgi arzulayaq? Bu il biz bunu həmişəkindən daha güclü hiss etdik. İnam və ümid arzulayaq? Hər ikisi də çoxdandır Ukrayna Silahlı Qüvvələrindədir. Evdə rahatlıq arzulayaq? Bu, bizim və yaxınlarımızın olduğu yerdədir. İşıq arzulayaq? O, elektrik olmayanda belə, hər birimizin daxilindədir. Sərgüzəştlər və səyahətlər arzulayaq? İndi Ukraynalıların payına onlardan həddən artıq çox düşüb. Ona görə də bu gün yalnız bir arzu var. Və o, möcüzə ilə deyil, bizim fəaliyyətimiz,  mübarizəmiz, qarşılıqlı yardım və insanlıqla gerçəkləşəcək. Yeni iliniz mübarək! Qələbə ilimiz mübarək!”, – Zelenski yazıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir