Cəmiyyət

Azərbaycanda daha 42 nəfər COVID-19-a yoluxub – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 42 yeni yoluxma faktı qeydə alınıb, 71  nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 827 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 459 nəfər müalicə olunaraq sağalıb, 10 077 nəfər vəfat edib, […]

Şou-Biznes

“Repin şahı” öldü – FOTO

"Repin şahı" kimi tanınan məşhur repçi Bernard Green vəfat edib. Lent.az xəbər verir ki, 57 yaşlı ifaçı xərçənglə mübarizədən sonra Almaniyanın Visbaden şəhərində dünyasını dəyişib. Repçi 1990-cı ildə "Rap to the World" adlı sinqlını buraxıb. İlk albomu olan “The power of Rhythm” isə 1991-ci ildə çıxıb. 2000-ci illərin ortalarında “repin şahı” sənəti tərk edərək “Wiesbaden” […]

Siyasət

Bakı və Aşqabad arasında Xəzər dənizi ilə bağlı iclas keçirildi

Yanvarın 24-25-də Aşqabadda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə İşçi Qrupun növbəti iclası keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə […]

Cəmiyyət

Şüvəlanda kişi təkər oğurlayıb – ANBAAN VİDEO

Bakıda taksi sürücüsünün oğurluq anı kameralara düşüb. Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, hadisənin Şüvəlan qəsəbəsində baş verdiyi iddia edilir.  Taksi sürücüsü telefonla danışır və yavaş-yavaş təkərlərə yaxınlaşaraq təkəri götürərək oğurlayır. Oğurluq anbaan ərazidəki kameralar tərəfindən qeydə alınıb.  Xeberal.az

Cəmiyyət

BMT-nin Əhali Fondu Laçın yolu ilə bağlı bəyanat yaydı – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. BMT-nin Əhali Fondu Laçın yolu ilə bağlı bəyanat yaydı. Xarici İşlər Nazirliyi buna sərt reaksiya verdi. “Müharibə zamanı belə səhvlər qəbuledilməzdir”. Rəsmi Kiyevdən ölkədəki istefalarla bağlı açıqlama. Maskalardan məcburi istifadə tələbi geri qayıdır? Səhiyyə Nazirliyi yayılan virusla bağlı əhaliyə çağırış etdi. SİNX: “Çaqqallar adamların üstünə cumur.” Çıxılmaz vəziyyətə düşən Zaqatala […]

Şou-Biznes

Castin Biber bütün mahnılarını ŞOK QİYMƏTƏ satdı

Dünya şöhrətli pop ulduz Castin Biber yazdırdığı bütün musiqilərinin yayım haqlarını satıb. Lent.az xəbər verir ki, onun 31 dekabr 2021-ci ilə qədər təqdim etdiyi bütün mahnılarını Merck Mercuriadisin musiqi şirkətinə 200 milyon dollara satdığı məlum olub. "BBC"nin məlumatına görə, bu, o deməkdir ki, artıq Castinin mahnılarını ictimai yerlərdə səsləndirmək üçün musiqi şirkətinə müəllif hüquqlarına əsasən, […]

Dünya

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığı baş tutub. Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq, təşkilatın gündəliyində duran aktual məsələlər və gələcək planlar müzakirə mövzusu olub. C.Bayramov Azərbaycan ilə İƏT arasında […]

Cəmiyyət

AQTA 20 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 20 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən edib. Bu barədə Oxu.Az-a AQTA-dan məlumat verilib. Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 31 ticarət müəssisəsi və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 20 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən […]

Cəmiyyət

Cənubi azərbaycanlı müğənni: “Farslar ləhcəmizi lağa qoyurlar” – VİDEO

Cənubi Azərbaycandan olan bəstəkar, müğənni Arif Mehmandost Mədəniyyət TV-də yayımlanan “O” verilişinin qonağı olub. Proqramda sənətkar oradakı azərbaycanlıların məruz qaldıqları mənəvi təzyiqlərdən, alçaldılmalarından, ana dillərində təhsil hüququndan məhrum olmalarından, farsların soydaşlarımızın ləhcəsini lağa qoymalarından söz açıb. A.Mehmandost bildirib ki, uşaq vaxtı aldığı bu travmalar səbəbindən övladınıb Azərbaycanda təhsil almasına qərar verib.  Verilişdə yaradıcılığından da söz […]