Dünya

İsfahanda bir ay əvvəl qaçırılan gəncin meyiti atasının bağından tapıldı – VİDEO

İsfahanlı 19 yaşlı gənc Rza Qədrinin meyiti iki gün öncə atasının bağında tapılıb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, o, bir ay əvvəl qaçırılıb və ondan heç bir xəbər yox idi. Qeyd edək ki, gəncin valideynləri polislər tərəfindən ağır təzyiqlərlə üzləşiblər. Dünən isə Rzanın dəfn mərasimi keçirilib.   Xeberal.az

Şou-Biznes

Məşhurların evlilikləri – 7 dəfə evlənən də var, 3 gün evli qalan da

Məşhurların şəxsi həyatları da hər zaman tamaşaçılarının maraq dairəsində olub.  Lent.az film və proqramlarını sevərək izlədiyimiz populyar şəxslərin şəxsi həyatları barədə maraqlı faktları təqdim edir. “Möhtəşəm yüz il” serialının Sultan Süleymanı Halit Ergencin ilk evliliyi aktrisa Gizem Soydanla olub. Gizem Soydan bir zamanlar “Arka sokaklar” serialında komissar rolunu ifa edirdi. “Min bir gecə” serialının çəkilişləri zamanı […]

Cəmiyyət

Abşeronda avtomobil doqquz yaşlı uşağı vurdu

Abşeron rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Məmmədli Əli Asim oğlunu vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az