İdman

Məşhur kikboksçu Çingiz Əlləzov: “Fəxr edirəm ki, Azərbaycana gəlmişəm” – VİDEO

Bir müddət əvvəl nüfuzlu “One Championship” təşkilatında çempion olan tanınmış kikboksçu Çingiz Əlləzov ölkəmizə gəlib. Məşhur idmançını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər qarşılayıblar. “Böyük kəmərləri udub, Azərbaycana gəldim. Fəxr edirəm ki, öz vətənimə gəlmişəm”, – deyə kikbokçsu təəssüratlarını bölüşüb. Qeyd edək ki, Çingiz Əlləzov peşəkar karyerasında 66 döyüş keçirib. […]

Cəmiyyət

Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – AÇIQLAMA + VİDEO

Qızdırıcı cihazlar standartlara və evin həcminə uyğun gəlməyəndə abonentlər istiliklə bağlı müəyyən problemlər yaşayır. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.  Bu baxımdan fərdi yaşayış evləri tikilərkən və ya qızdırıcı cihazlar alınarkən diqqət olunası vacib məqamlar mütləq nəzərə alınmalıdır. Tövsiyə olunur ki, qızdırıcılar alınarkən və quraşdırılarkən mütləq mütəxxəsislərə müraciət etmək […]

Şou-Biznes

Tanınmış repçini restorandan QOVDULAR

Dünya şöhrətli "6ix9ine" ləqəbi ilə tanınan amerikalı repçi Daniel Hernandez əyləndiyi restorandan qovulub. Lent.az xəbər verir ki, 26 yaşlı ifaçı Mayamidəki restoranların birində dostları ilə birgə yeyib-içib. Sonra o, icazəsiz barın arxasına keçib və bir şüşə tekilanı birbaşa insanların ağzına tökməyə başlayıb. Bundan başqa, repçi barın masasında rəqs edib.   Buna görə də Daniel və 20-yə […]

Cəmiyyət

Maska rejimi geri qayıdır? – VİDEO

“Virusun kəskin dövrü var və ilk 5-6 gün kəskin hesab edilir”. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib. O bildirib ki bu müddət bitəndən sonra baş, göz, qulaq ağrısı hələ də müşahidə edilirsə, bu bakterial ağrı sayılır. Bu zaman həkimə müraciət etmək, müalicə almaq lazımdır. Nazirlik nümayəndəsi profialtik tədbirlərdən də danışıb. Daha ətraflı Baku […]

Dünya

Bayden: “Biz Ukraynaya 31 ədəd “Abrams” tankı ayırırıq”

Amerika Birləşmiş Ştatları özünün “Abrams M1” döyüş tanklarını Ukraynaya təhvil verəcək. Bunu ABŞ prezidenti Co Bayden bəyan edib. “Biz Ukraynaya öz ərazisini müdafiə etmək və əks-hücuma keçməkdə kömək etmək niyyətindəyik. Ölkəni azad etmək üçün onlar öz müdafiə imkanlarını artırmalıdırlar. Bu gün biz Ukraynaya 500-dən çox zirehli texnika, o cümlədən 31 ədəd “Abrams” tankı ayırırıq”, – […]

Siyasət

Rusiyadan İrana “dost” tələsi – VİDEO

Ukraynada gedən ədalətsiz müharibə fonunda demək olar ki, bütün dünyanın Rusiyaya cəbhə açdığı bir zamanda İran bunun tam əksini edir. Federasiyaya silah satışını intensivləşdirir. Lakin maraqlı bir məqam ondan ibarətdir ki, hazırda da Rusiyaya silah satmasına baxmayaraq, bu faktı boynuna almırlar. İran rəsmiləri bildirirlər ki, güya bu silahlar, pilotsuz uçuş aparatları Rusiyaya Ukrayna müharibəsindən öncə […]

Siyasət

Varlı amerikalıların sevimli diktatoru – VİDEO

Bu elə ölkədir ki, nəyin doğru, nəyin yalan olduğunu ayırd etmək çətindir. Burada bir ucu gözlərə çatan monumentlər də var, acından və qida çatışmazlığından ölənlər də. Buraya ayaq basmaq, rahat gəzmək, şəkil çəkdirmək, hətta yerli camaatla söhbət etmək belə bir turist üçün əsl cinayət sayıla bilər. Deyilənlərə görə, 200 mindən çox siyasi məhbusu olan bu […]

Siyasət

“Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən növbəti tədbir keçirilib – FOTO/VİDEO

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan vətənpərvərlik tədbirləri həftəsinin proqramına əsasən növbəti tədbir görkəmli sərkərdənin doğulduğu Lənkəran şəhərində keçirilib. Oxu.Az xəbər verir ki, Lənkərana gələn Müdafiə Nazirliyinin rəsmiləri, rəşadətli Azərbaycan Ordusunun tankçı qəhrəmanları, veteranlar, ictimaiyyət […]

Cəmiyyət

“Azərsu”nun yamaq üsulu işə yaramadı – VİDEO

Binəqədi rayonu Sulutəpə qəsəbəsi 20 Yanvar küçəsində su borusunda sızma baş verib. Sakinlər iddia edirlər ki, bu su sızması nəticəsində həm evlərinə, həm də asfalt örtüyünə zərər dəyir. Axşam vaxtı dərsdən evə gələn uşaqlar su quyusuna, çuxura düşürlər. “Azərsu” ASC və Binəqədi Su-Kanal idarəsi isə təmiri yalnız rezin təkərlərlə həyata keçirib. Daha ətraflı Baku TV-nin süjetində: […]

Cəmiyyət

İrana casusluq edən gəmi kapitanının məhkəməsi başlayır

Dövlətə xəyanətdə ittiham olunan Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zahir Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA-nın xəbərinə görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, ötən ilin noyabr ayında İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan […]