İdman

UEFA AVRO, DÇ və Millətlər Liqasının formatında dəyişiklik edir

Avropa, eləcə də Dünya Çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasının formatı dəyişəcək. UEFA İcraiyyə Komitəsi turnirlərin seçmə və əsas mərhələsinin strukturunda dəyişiklik edilməsi barədə qərar qəbul edib. AVRO və DÇ seçmə mərhələrində 4 və ya 5 komandadan ibarət 12 qrup yaradılacaq. Birinci yeri tutan komandalar çempionata birbaşa vəsiqə əldə edəcəklər. Qruplarda ikinci yeri tutan komandalar […]

Şou-Biznes

Tanınmış müğənni evini 12 milyona SATIR – FOTO

Amerikalı pop ulduz Britni Spirs Kaliforniyadakı evini 12 milyon dollara satmaq istəyir.  Lent.az xəbər verir ki, bu barədə "TMZ" saytı məlumat yayıb. Atasını məhkəmədə udan müğənninin həyatında "təmiz səhifə" açdığı deyilir. O, sahibi olduğu və əri Sam Asqhari ilə birlikdə yaşadığı evi 12 milyon dollara satmaq istəyir və artıq əmlak potensial alıcılara nümayiş etdirilib. Qeyd […]

Cəmiyyət

Ələt qəsəbəsində bərbad vəziyyətdə olan Mədəniyyət evi – FOTOREPORTAJ

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində bir vaxtlar öz əzəməti ilə seçilən və tarixi binada yerləşən, Azərbaycan Dəmiryolları QSC-nin balansına aid olan Mədəniyyət Evinin hazırkı durumu bərbad vəziyyətdədir. Qəsəbənin yeganə mədəniyyət evi şəhid Zaur Qurbanovun adını daşıyır. Mədəniyyət evi ilə yanaşı onun qarşısında yerləşən, Nəriman Nərimanovun adını daşıyan park da uzun müddətdir eyni aqibəti yaşayır. PhotoStock.az ərazidən görüntülər […]

Siyasət

Azərbaycan XİN Ermənistanın xarici işlər nazirinə cavab verib

24 yanvar tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir. “Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış […]

Siyasət

Daşaltı əməliyyatından 31 il keçir

Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 31 il keçir. Əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədi ilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın […]

Şou-Biznes

“Həcilərin və rəislərin hesabına gündəmə gələnlər özlərini məşhur sayır” – SORĞU

Son illər “tanınmış” və “məşhur” ifadələri ilə çox qarşılaşırıq. Məsələn, tanınmış müğənni, məşhur bloqqer və s. Ələlxüsus, müasir dünyamızda məşhurlaşmaq bir “klik” qədər insana yaxındır. Özü də kimsə kimisə təhqir edib, bədənini və xarici görünüşünü nümayiş etdirməklə, “TikTok”da canlı yayımlarda jeton tələb etməklə və başqa bu kimi ucuz vasitələrdən istifadə etməklə bu, daha tez mümkündür. […]

Cəmiyyət

Naxçıvanın məşhur möcüzəsi – VİDEO

Naxçıvan ərazisi təbii sərvətlərlə olduqca zəngindir. Tarixi min illərə dayanan duzçıxarma mədəniyyəti isə bu gün də davam etdirilir. Fərqli fərziyyələrə görə duzçıxarmanın tarixi hətta Nuh peyğəmbər ilə əlaqələndirilir. Baku TV-nin Naxçıvan bürosunun əməkdaşı mövzu ilə bağlı reportaj hazırlayıb: Xeberal.az

İdman

UEFA Superkuboku matçının yeni məkanı məlum oldu

2023-cü ildə UEFA Superkuboku uğrunda qarşılaşma Rusiyada deyil, Yunanıstanda keçiriləcək. Avropa Futbol Assosiasiyaları İttifaqının İcraiyyə Komitəsi Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında matçın Kazanda deyil, Afinaya keçiriləcəyi barədə qərar qəbul edib. Oyun avqustun 16-da “Georgios Karaiskakis” stadionunda baş tutacaq. Qeyd edək ki, 2020-ci ilin mart ayında UEFA Superkubok uğrunda oyunun “Ak Bars Arena”da keçirilməsini […]