Cəmiyyət

Yeni qərardan sonra avtomobil “plyonka”larının qiyməti artıb? – VİDEO

Yeni qaydalara əsasən, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə örtüklərin çəkilməsinə icazə verilib. Qeyd edək ki, bu qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minəcək. Sözügedən örtüklərin satışını həyata keçirən sahibkarlar, bir çox sürücülərin bu qərardan məlumatsız olduğunu və bu səbəbdən qiymətlərin artmadığını bildiriblər. Daha ətraflı […]

İdman

Santuş Polşa millisini çalışdıracaq

Fernandu Santuş Polşa millisinin baş məşqçisi təyin olunub. Polşa Futbol Assosiasiyası (PZPN) Portuqaliya millisinin sabiq çalışdırıcısını bu gün təqdim edib. “Santuş Avro və Millətlər Liqasını qazanıb, böyük futbolçularla, dünya futbol ulduzları ilə çalışıb, bu çox dəyərlidir. İnanıram ki, yeni baş məşqçi komandaya və bütün Polşa futboluna çox yaxşı şeylər gətirəcək. Hazırda bir nömrəli məqsəd 2024-cü […]

Şou-Biznes

Xalq artisti həyatını SIĞORTALADI

Xalq artisti Röya həyatını sığortalayır. Lent.az xəbər verir ki, ifaçı həyatını sığortalatmaq qərarına gəlib. Onu buna vadar edən səbəb üçgünlük solo konsertində riskli performans göstərməyi planlaşdırması olub.  Röya Ayxan yanvarın 27-28-29-da keçiriləcək tədbirlərində həyati təhlükəsi olan xoreoqrafik hərəkətlərlə tamaşaçıları təəccübləndirməyi hədəf alıb.  Qeyd edək ki, Azərbaycan şou-biznesində daha öncə həyatını sığortalayan müğənni Günay İbrahimli olub.   

Şou-Biznes

Madonnanın qızı görün, özünə necə ad günü keçirdi? – FOTO

Amerikalı müğənni Madonna övladlığa götürdüyü qızı Çifundonun ad günü münasibətilə ailəsinə qonaqlıq verib. Lent.az xəbər verir ki, müğənni fotoları "Instagram" hesabında paylaşıb. Fotolarda ifaçının dörd övladlığa götürülmüş övladı – David Banda Ciccone-Richie, Chifundo Mercy James Ciccone və əkizləri Stella və Ester yer alıb. Pop ulduz paylaşıma "Ad günün mübarək, Chifundo! Biz səni sevirik", – deyə, […]

İdman

Azərbaycan millisinin sabiq üzvü Moskvada futbol məktəbi açdı

Azərbaycan millisinin və “İnter”in (hazırkı “Şamaxı”) sabiq yarımmüdafiəçisi Nizami Hacıyev Rusiyada futbol məktəbi açıb. Veteran futbolçu bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib. Nizami Hacıyev adına N8H adlanan məktəb paytaxt Moskvada fəaliyyət göstərəcək. Orada 2005-2017-ci il təvəllüdlü uşaqlar futbolla məşğul olacaqlar. Qeyd edək ki, “Olimpik”, “Xəzər Lənkəran”, MOİK, və “Qəbələ”nin formasını geyinmiş veteran futbolçu 2017-ci ilin […]

Siyasət

Azərbaycanla Rusiya sərhəd buraxılış məntəqələrinin əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq edəcək

Azərbaycanla Rusiya dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat giriş yollarının əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət aparacaq. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindən […]

Siyasət

Azərbaycanla Rusiya arasında beynəlxalq tibbi sanitariya qaydalarının tətbiqi ilə bağlı saziş təsdiqlənib

Azərbaycanla Rusiya arasında beynəlxalq tibbi sanitariya qaydalarının tətbiqi ilə bağlı saziş təsdiqlənib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Beynəlxalq tibbi sanitariya qaydalarının […]

İqtisadiyyat

“Uğur yolu” müsabiqəsinin finalçılarına sertifikatlar təqdim olunub – FOTO

İqtisadiyyat Nazirliyində “Uğur yolu” karyera inkişaf proqramının yarımfinal mərhələsində uğur qazanmış və final mərhələsinə yüksəlmiş iştirakçılara sertifikatlar təqdim edilib. Nazirlikdən verilən məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev finalçıları təbrik edib, artıq ikinci dəfə təşkil edilən müsabiqənin intellektual səviyyəsi və idarəçilik potensialı yüksək olan əməkdaşların müəyyən edilməsi, onların bilik və […]

Dünya

İranda məktəbdə partlayış olub

İranın Məlayer şəhərində məktəbdə partlayış olub. APA-nın məlumatına görə, partlayış nəticəsində məktəbin xidmətçisi xəsarət alıb. İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub. Yaralı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xeberal.az

Siyasət

Ceyhun Bayramov Tacikistan və Pakistan XİN başçıları ilə görüşüb – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Bilaval Bhutto Zərdari və tacikistanlı həmkarı Sirociddin Muhriddinlə görüşüb. Bu barədə Azərbaycan XİN başçısı “Twitter” hesabında bildirib. Görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub. “Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli münasibətlərin və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məhsuldar söhbətimiz oldu”, – […]