İdman

“Everton”un yeni məşqçisi argentinalı ola bilər

Marselo Byelsa “Everton”un yeni baş məşqçisi ola bilər. Klubun sahibi Fərhad Moşiri argentinalı ilə əməkdaşlığı müzakirə edib. O, 2022-ci ilin fevralında “Lids”dən ayrılan mütəxəssisi komandaya təyin etməyə meyllidir, lakin rəhbərliyin digər üzvlərinin bu namizədliyə necə münasibət bəslədiyi məlum deyil. Qeyd edək ki, “Everton” bu gün baş məşqçisi Frenk Lempardın qovulduğunu açıqlayıb. Mənbə: sports.ru Xeberal.az

Dünya

Yararsız öskürək siropu 300-dən çox uşağın ölümünə səbəb olub

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, öskürək siropu üç ölkədə 300-dən çox insanın ölümünə səbəb olub. Ölənlərin əksəriyyəti beş yaşınadək uşaqlardır. ÜST bildirib ki, yüksək səviyyədə dietilen qlikol və etilen qlikolun olduğu uşaq öskürək siropu oktyabr-yanvar aylarında yeddi ölkədə satılıb. Sənaye həllediciləri və antifriz kimi istifadə edilən bu maddələr kiçik dozalarda belə ölümcüldür və buna […]

Siyasət

Mədət Quliyevə ağır itki

Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyevə ağır itki üz verib. “Qafqazinfo”nun məlumatına görə, nazirin anası Zambaq xanım axşam saatlarında vəfat edib. Qeyd edək ki, Zambaq Quliyeva uzun müddət Gəncədə yerləşən M.P.Vaqif adına 8 saylı tam orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi çalışıb. Xeberal.az

Cəmiyyət

Tovuzda 59 yaşlı kişini avtomobil vuraraq öldürdü

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Bakı-Qazax magistral yolunun Qovlar şəhərindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-ci il təvəllüdlü Zülfüqar Məmmədovu vurub. Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Aİ İstanbulda Ukrayna ilə bağlı forum keçirəcək

Avropa İttifaqının Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut bazar ertəsi təşkilatın fevralın 22-də İstanbulda Ukrayna ilə bağlı “böyük forum” keçirmək planlarını açıqlayıb. Meyer-Landrutun sözlərinə görə, bu tədbirə “Ukrayna hökumətinin nümayəndəsinin dəvət edilməsi planlaşdırılır”. Digər iştirakçılar, eləcə də Türkiyənin təmsilçilik səviyyəsi ilə bağlı diplomat məlumat verməyib. Meyer-Landrutun qeyd etdiyi kimi, belə bir forumun keçirilməsi Aİ üçün […]

İdman

Messi PSJ ilə müqaviləsini yeniləmək istəmir

Lionel Messi PSJ-ni tərk edə bilər. İnsayder Jerar Romeronun sözlərinə görə, Paris klubunun hücumçusu bu mövsümün sonuna qədər qüvvədə olan müqaviləni yeniləmək niyyətində deyil. Bildirilir ki, Messi dünya çempionatını qazandıqdan sonra fikrini dəyişib. O, hələ bir qədər də gələcəyi haqqında düşünmək istəyir. “Barselona”ya qayıtmaq isə  onun planlarına daxil deyil. Qeyd edək ki, Liqa 1-in cari […]

İdman

Pike yeni sevgilisinə də xəyanət edib?

Jerar Pike yeni xəyanətdə şübhəli bilinir. İddiaya görə “Barselona”nın keçmiş futbolçusu yeni sevgilisi Klara Çia Martiyə də sadiq qalmayıb. Futbolçunun barselonalı vəkil Culia Puç ilə birlikdə gördüyü bildirilir. Şayiələrə görə, onların münasibəti iki və ya üç ildir ki davam edir. Vəkilin yaxınları bu məlumatı şərh etməkdən imtina ediblər. Pike özü də Culia ilə əlaqəsi ilə […]

Cəmiyyət

Tovuzda minik maşını işıq dirəyinə çırpıldı: Xəsarət alan var – FOTO

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik maşını yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü, 1990-cı il təvəllüdlü Anar Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az