Dünya

SEPAH qüvvələri iki qardaşın evinə hücum edərək onları yaraladı – VİDEO

SEPAH qüvvələri iki qardaşın evinə hücum edərək onları yaralayıb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, bu gün, yanvarın 24-də SEPAH qüvvələri Heymən Həmzə qardaşlarının evinə hücum edib və onun iki qardaşını yaralayıb, onlardan birini isə vəhşicəsinə döyüb. Qeyd edək ki, Sərdəşt şəhərinin Bivəran kəndinin sakini Heymən Həmzə ötən ilin dekabrında hökumət qüvvələri tərəfindən […]

Siyasət

Ravvin: “Azərbaycan dünyada yəhudilərin repressiyaya uğramadığı yeganə ölkədir” – VİDEO

“Azərbaycan dünyada yəhudilərin repressiyaya uğramadığı yeganə ölkədir. Yəhudilər uzun əsrlərdir əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə mehriban ailə kimi yaşayırlar. Bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyi açıldı. Bu, bir çox ölkələrə ən yaxşı nümunə olacaq”. Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının qarşısında Holokost qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə Frankfurtun yəhudi icmasının ravvini və Almaniyanın Ortodoks Ravvinlər […]

Mədəniyyət

Ordubadda Yusif Məmmədəliyevin abidəsinin mərmər üzlüyü söküldü

Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində akademik Yusif Məmmədəliyevin abidəsinin postamentinin qara mərmərdən olan üzlüyü sökülüb. “Report” xəbər verir ki, qiymətli daşlar vəzifəli şəxsin göstərişi ilə heç bir səbəb olmadan sökülərək aparılıb, postamentə beton üzlük çəkilib. Qeyd edək ki, 1975-ci ildə Yusif Məmmədəliyevin Ordubad şəhərində ev muzeyi yaradılıb. Xeberal.az

İdman

“Qarabağ” albaniyalı hücumçunun transferini AÇIQLADI – VİDEO

“Qarabağ” Albaniya millisinin futbolçusu Redon Cicanın transferini açıqlayıb. Bununla bağlı Ağdam klubunun sosial şəbəkə hesabında video paylaşılıb. Son olaraq ölkəsinin “Tirana” komandasında çıxış edən 25 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb. Qeyd edək ki, Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. “Şkendiya”nın yetirməsi olan futbolçu 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. […]

Şou-Biznes

Tacirdən İlahə Fədaya SƏRT SÖZLƏR: “Fədayə ona görə Moskvaya qaçdı”

Bir neçə gündür müğənnilər Tacir Şahmalıoğlu ilə İlahə Fəda arasında yaşanan qalmaqal səngimir. Söhbət o yerə çatıb ki, İlahə Fədanın açıqlamasında “Bu şəxs özü Fərhad Bədəlbəylinin onu Azərbaycan Milli Konservatoriyasından qovduğunu deyib. Heç sənəti də yoxdur, mikrobdur” – deməsi, qalmaqalı daha da alovlandırıb.  İfaçının sözlərinə cavab olaraq Tacir Şahmalıoğlu Lent.az-a bildirdi ki, o, gündəmə gəlmək üçün təhqirə əl […]

Siyasət

Rusiyalıların Gürcüstanda qalma şərtləri sərtləşdirilir? – AÇIQLAMA + VİDEO

Son günlərdə Gürcüstanla Rusiya arasında hava əlaqələrinin açılması məsələsinin gündəmə gəlməsi, qonşu ölkənin parlamenti və prezidenti arasında yenidən fikir ayrılıqlarının yaranmasına səbəb olub. Belə ki, Gürcüstanın Prezidenti Salome Zurabişvilinin Rusiya ilə hava əlaqələrinin açılmasına qarşı olduğunu bildirsə də, hakim partiyadan olan millət vəkilləri bu fikirdə deyillər. Gürcüstan parlamentinin birinci vitse-spikeri Georgi Volski S.Zurabişvilinin “Rusiya vətəndaşlarının Gürcüstanda […]

Dünya

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşdü. Rusların Gürcüstanda qalma şərtləri sərtləşdirilir? Ölkə parlamentinin rəsmisindən açıqlama. Mərkəzi Nəbatət bağındakı ağacların taleyi necə olacaq? Bakı Şəhər İcra Hakimiyyəti yayılan xəbərlərə aydınlıq gətirdi. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Dünya

Rusiya təyyarəsində növbəti gərginlik: Uçuş zamanı çəndən yanacaq axmağa başladı – VİDEO

Rusiya təyyarəsində uçuş zamanı çəndən yanacaq axmağa başlayıb.   Təyyarənin pəncərədə əyləşən sərnişini bu görüntüləri lentə alıb. Video “Aviatorshina” “Telegram” kanalı tərəfindən yayımlanıb. Hadisə Soçi hava limanının uçuş-enmə zolağında Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinin təyyarəsi uçuşa hazırlaşdığı zaman baş verib. Görüntülərdə “Airbus A321” təyyarəsinin sağ qanadının drenaj dəliyindən reaktiv yanacağın axdığı əks olunub. Dispetçerlər pilotlara sızma barədə xəbər […]

Şou-Biznes

Məşhur müğənni gizli EVLƏNİB?

Türkiyənin məşhur müğənnisi Özcan Dənizin iranlı sevgilisi, modelyer Samar Dadgar ilə evləndiyi barədə iddialar yayılıb. Lent.az xəbər verir ki, 50 yaşlı ifaçı ilə 24 yaşlı modelyerin gizli evləndikləri deyilir. Bu barədə onların yaxın dostları mərasimdən görüntülər paylaşıb. Arxa planda nikah masası görünür.  Cütlüyün ailə qurduqlarına dair aparıcı Bircan Bali iddialar səsləndirib: "100 faiz evləniblər. Özcan Dəniz […]

Cəmiyyət

Pensiyaçılardan hər ay pul tutulacaq? – AÇIQLAMA + VİDEO

Pensiyaçılara artıq ödənilən məbləğ geri alınacaq. Xezerxeber.az-ın məlumatına görə, “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Mövzu ilə bağlı danışan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova bildirib ki, dəyişikliyə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq […]