Cəmiyyət

Salyanda avtomobil piyadanı vuraraq öldürdü

Salyanda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb. Naməlum avtomobil Salyan rayonunun Babazanlı qəsəbə sakini, 39 yaşlı Yaşar Ramiz oğlu Ramazanovu vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda avtomobilin axtarılıb tapılması istiqamətində istintaq-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı ararşdırma aparılır. Xeberal.az

Dünya

Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsi üzərində işləyir

Ukrayna və Rusiya irimiqyaslı məhbus mübadiləsi üzərində işləyir. Bu çərçivədə minə yaxın insan dəyişdirilə bilər. Bunu Türkiyə Ombudsmanı Şeref Malkoç bildirib. Onun sözlərinə görə, Türkiyənin Ombudsman İnstitutunun təşkil etdiyi danışıqlarda Ukrayna 800, Rusiya isə 200 nəfərlik siyahı təqdim etməklə, üç mərhələli plan razılaşdırılıb. Türkiyənin təklifi qəbul olunarsa, İstanbulda yaralı mülki vətəndaşların, əsgərlərin, qocaların, uşaq və […]

Cəmiyyət

Azərbaycanda 1 milyon 700 min manata mobil nömrə satılır – VİDEO

Azərbaycanda 1 milyon 700 min manata mobil nömrə satılır. Belə ki, yerli saytların birində yerləşdirilən elanda mobil operatorlardan birinə məxsus nömrənin satış qiyməti fiziki şəxslər üçün 1 milyon 700 min manat, hüquqi şəxslər üçün isə 17 milyon manatdır. Nömrənin sahibi Gəncə sakini olan İskəndər adlı şəxsdir. Nömrənin sahibi satış qiymətinə endirim etməyəcəyini bildirib. Daha ətraflı ATV-nin […]

Dünya

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini ayırdı

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ölkəsinin Ukrayna ordusuna bu günə qədər ən əhəmiyyətli hərbi yardım paketini təhvil verəcəyini açıqlayıb. Onun sözlərinə görə, yeni paketə zirehli evakuasiya və təmir maşınları ilə birlikdə “Challenger 2” tanklarından ibarət eskadrilya, 8 ədəd AS90 silahı da daxil olacaq. Bundan əlavə, siyahıya 100 min artilleriya mərmisi,100 qabaqcıl raket, onlarla PUA, […]

Siyasət

Leyla Abdullayeva Fransanın xarici işlər naziri ilə görüşdü – FOTO

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin Avropa və xarici işlər naziri Katrin Kollona ilə görüşüb. Bu barədə Leyla Abdullayeva “Twitter”də bildirib. “Avropa və xarici işlər naziri xanım Katrin Kollonanın diplomatik korpusuna xoş arzularla” – deyə azərbaycanlı diplomat vurğulayıb. Qeyd edək ki, Leyla Abdullayeva bir neçə gün əvvəl etimadnaməsini Fransa Prezidenti Emmanuel Makrona təqdim edib. […]

Dünya

Qlobal istiləşmə qarışqalara təsir etməyib

Qarışqalar temperaturun yüksəlməsinə cavab olaraq davranışlarını dəyişmir və hətta yaxşı alternativ mövcud olduqda belə ənənəvi yaşayış yerlərində qalmaqda davam edirlər. Bu barədə Şimali Karolina Universiteti məlumat yayıb. Alimlərin sözlərinə görə, qarışqalar ektotermik heyvanlardır – onların bədən temperaturu tənzimlənmir və ətraf mühitdən asılıdır. Bu baxımdan, onların uyğun iqlimi olan ərazidə yaşaması çox vacibdir, çünki əhəmiyyətli temperatur […]

Siyasət

“Bayraktar”ın Vətən müharibəsindəki vacib rolu – VİDEO

“Azərbaycan ordusu 44 günlük müharibə zamanı hədəflərin 75%-ni “Bayraktar-TB2” pilotsuz uçuş aparatları ilə məhv edib”. Bu barədə “HaberTürk” telekanalına müsahibəsində “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib. O qeyd edib ki, Türkiyə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana yaralıları təxliyyə etmək üçün helikopter verə bilməyən ölkədən, ən müasir pilotsuz uçuş aparatları verən Türkiyəyə çevrilib. Daha […]

Dünya

Boris Conson xatirə kitabı yazacaq

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson hökumət başçısı olduğu dövr haqqında avtobioqrafik əsər yazmaq üçün müqavilə imzalayıb. Conson xatirələrini dərc etmək məqsədilə “Harper Collins” nəşriyyat şirkəti ilə saziş bağlayıb. Sövdələşmənin məbləği açıqlanmayıb. Lakin nəşriyyatın insayderləri Mühafizəkarlar Partiyasının keçmiş liderinin 1 milyon funt sterlinqdən çox qonorar ala biləcəyini ehtimal edirlər. Kitabın nəşr tarixi məlum deyil. […]

Dünya

Yakutiyada şaxtalar otuz illik rekordu qırdı

Rusiyanın Yakutiya vilayətindəki Tonqulax dağlıq rayonunda şaxtalar 30 illik rekordu qırıb. Bu barədə Yakutiya hidrometeorologiya və ətraf mühitin monitorinqi şöbəsinin rəis müavini Tatyana Marşalik məlumat verib. Belə ki, bazar ertəsi havanın temperaturu mənfi 62,4°C olub. Əvvəlki rekord isə 61,8°C olmaqla 1993-cü ildə qeydə alınıb. Meteoroloq qeyd edib ki, 2023-cü ilin əvvəlindən Yakutiyada Olenekski adlanan ərazidə […]